Azərbaycan-İsveçrə
təhsil əlaqələrinin perspektivləri müzakirə olunub
Təhsil
naziri Mikayıl Cabbarov İsveçrə
Konfederasiyasının Azərbaycanda yeni təyin olunmuş səfiri
Filip Ştalder ilə görüşüb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir F.Ştalderi səfir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, həmçinin
Azərbaycan və İsveçrə arasında təhsil sahəsində
əlaqələrin hazırkı vəziyyəti, “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın müəyyənləşdirdiyi hədəflərə
uyğun olaraq gələcək
əməkdaşlığın perspektivləri
müzakirə edilib.
Azərbaycan.- 2015.- 13 noyabr.- S. 4.