“ADA” Universiteti ilə BMT-nin Əhali Fondu arasında anlaşma memorandumu imzalanıb
Noyabrın 12-də “ADA” Universiteti ilə BMT-nin Əhali Fondu (UNFPA) arasında anlaşma memorandumu imzalanıb. Memorandum keyfiyyətli təhsil üzrə layihə və proqramların işlənilməsi istiqamətində
səmərəli əməkdaşlıq
üçün geniş
imkanlar yaradılmasını
nəzərdə tutur.
Bu sənəd sayəsində hər iki tərəfin araşdırma layihələrində
birgə iştirakı,
birgə konfranslar, mədəni proqramların
təşkili və
“ADA” Universiteti tələbələrinin
BMT-nin Bakı və regional ofislərində
təcrübə keçmələri
mümkün olacaq.
AZƏRTAC
xəbər verir ki, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev bu ali məktəbdə
BMT-yə həsr olunan mövzularda müzakirələrin mütəmadi
keçirildiyini bildirib.
“ADA” Universitetinin uğurlu inkişaf yolundan danışan rektor BMT tərəfindən
qəbul edilən Davamlı İnkişaf Hədəfləri barədə
məlumat verib.
Tədbir çərçivəsində UNFPA-nın icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin “ADA” Universitetinin müəllim
və tələbələri
üçün mühazirə
oxuyub.
Mühazirə bu il
BMT tərəfindən qəbul
edilən “Davamlı İnkişaf Hədəfləri
və diplomatların bu gündəmin irəliləməsində rolu”
mövzusuna həsr olunub. BMT rəsmisi
mühazirədə əsasən
dünya əhalisinin artım meyillərinin yaratdığı çətinliklərdən
danışıb.
Bildirilib
ki, bu sahədə
gənclərin məlumatlandırılması
üçün UNFPA “ADA” Universitetinin
kitabxanasına reproduktiv
sağlamlıq, gender bərabərliyi,
əhali dinamikası,
gənclərlə bağlı
məsələlərdən bəhs edən, Azərbaycanda son illərin
demoqrafik dəyişikliklərini
təhlil etməyə
imkan verən tədqiqatlarda istifadə oluna biləcək nəşr və kitablar hədiyyə edib.
Sonda
iştirakçıların sualları
cavablandırılıb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 13 noyabr.- S. 4.