BMT-nin baş katibinin müavini Babatunde Osotimehin ilə görüş olub

 

Noyabrın 13-də Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı iləMəişət zorakılığının qarşısının alınmasıüzrə beynəlxalq konfrans keçiriləcək. Bununla əlaqədar BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT-nin baş katibinin müavini Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibinin müavini Babatunde Osotimehin səfər çərçivəsində noyabrın 12-də Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb.

Görüş zamanı H.Hüseynova bildirib ki, ölkəmizdə erkən nikahların qarşısının alınması məişət zorakılığı halların sayının azalmasına şərait yaradıb. Artıq dövlət tərəfindən erkən nikahların qarşısı alınır ailələrə dəstək verilir ki, onlar öz talelərini istədikləri kimi qura bilsinlər. H.Hüseynova bildirib ki, komitənin hazırda regionlarda ailə dəstək mərkəzləri var. Onların fəaliyyətinin əsas istiqamətlərindən biri ailələrlə işləmək risk qruplarla profilaktik işlər görüb zorakılıq hallarının qarşısını almaqdır. Artıq bu istiqamətdə komitədə çox böyük təcrübə var. Azərbaycanın qadın hüquqlarına dair BMT-nin Qlobal gündəliyinə sadiq olduğunu vurğulayan H.Hüseynova gender bərabərliyi sahəsində yeni təşəbbüslərdən, əməkdaşlıq perspektivlərindən söz açıb.

B.Osotimehin Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirib. O, qadınların hüquqlarının önə çəkilməsi, onların tibbi sosial xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması, gender zorakılığının aradan qaldırılması məsələlərinin qlobal səviyyədə beynəlxalq forumlarda Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə məişət zorakılığının qarşısının alınması istiqamətləri, eyni zamanda, ailə, qadın uşaq məsələləri üzrə BMT təcrübəsinin öyrənilməsi, ikitərəfli əlaqələrin qurulması beynəlxalq əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

 

Azərbaycan.- 2015.- 13 noyabr.- S. 6.