Bakıda “Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabının təqdimatı olub

 

Noyabrın 13-də Bakıda “Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” (Discover Azerbaijan: Baku 2015 edition) kitabının təqdimat mərasimi keçirilib. Kitabın layihə direktoru Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər partiyasının nümayəndəsi “Senate Consulting Ltd” şirkətinin təsisçisi Lord Devid Evansdır.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Milli Məclisin sədr müavini Bahar Muradova, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, “Bakı-2015” birinci Avropa Oyunlarında yüksək nəticələrə nail olmuş Azərbaycan idmançıları iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan SOCAR-ın vitse-prezidenti, layihənin həmrəhbəri Rəfiqə Hüseynzadə son illərdə Azərbaycanın sürətli inkişafı, yeni ideyaları, möhtəşəm tədbirlərə ev sahibliyi etməsi ilə dünyada tanındığını diqqətə çatdırdı. Azərbaycanda keçirilən tədbirlərin unikallığı və yüksək təşkilatçılıq səviyyəsi ilə fərqləndiyini xüsusi vurğulayan layihənin həmrəhbəri bildirdi ki, bu tədbirlərdən ən mühümü dünya idman tarixinə qızıl hərflərlə yazılmış birinci Avropa Oyunlarıdır. Bu, Oyunlar ilk dəfə Azərbaycanda təşkil olundu. Prezident İlham Əliyevin dediyi kimi, bu Oyunların standartlarını məhz Azərbaycan yaratdı.

R.Hüseynzadə Oyunların Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gərgin səyləri nəticəsində bu idman hadisəsinin bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunu vurğuladı. Qeyd etdi ki, “Bakı-2015” ilk Avropa Oyunları ilə ölkəmiz zəngin mədəniyyətini, qonaqpərvərliyini, dinamik inkişafını da dünyaya göstərə bildi.

Azərbaycanın və dünya idmanının tarixində parlaq hadisə olan birinci Avropa Oyunları ilə bağlı fundamental kitabın hazırlanması zərurəti ortaya çıxanda bu mühüm missiyanı ölkəmizə dəfələrlə səfər edən, Azərbaycana heyran olan Lord Evans öz üzərinə götürdü. Bu barədə danışan R.Hüseynzadə bildirdi ki, kitabda birinci Avropa Oyunlarının gündəlik icmalı, yarışlara dair informasiyalarla yanaşı, Azərbaycanın qədim tarixi, zəngin milli mətbəxi, musiqisi və mədəniyyəti haqqında məlumatlar da geniş əksini tapıb.

Layihənin həmrəhbəri kitabın ərsəyə gəlməsində əməyi olan şəxslərə, o cümlədən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, Lord Evansa və digərlərinə minnətdarlığını bildirdi, nəşrin ölkəmizin dünyada geniş təbliği baxımından əhəmiyyətini xüsusi vurğuladı.

Daha sonra “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirildi.

Gənclər və idman naziri Azad Rəhimov kitabın böyük əhəmiyyət kəsb etdiyini bildirərək layihənin reallaşdırılmasında əməyi olanlara minnətdarlığını çatdırdı. Vurğuladı ki, dünyanın diqqət mərkəzində olan “Bakı-2015” birinci Avropa Oyunları yalnız idman yarışı deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasının, qazandığı uğurların, sosial-iqtisadi inkişafının göstəricisi idi.

Bu gün Azərbaycan əldə etdiyi mühüm uğurlarla fəxr edə bilər”, - deyən nazir vurğuladı ki, ulu öndər Heydər Əliyev Azərbaycanı dünyaya neft-qaz ölkəsi kimi tanıtdı. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə isə ölkəmiz mühüm regional layihələrin təşəbbüskarına və icraçısına çevrildi.

A.Rəhimov ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərin, o cümlədən “Eurovision” mahnı müsabiqəsinin və “Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycanın qazandığı uğurların təbliği baxımından yaxşı fürsət olduğunu diqqətə çatdırdı.

Nazir dedi ki, birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan bu mühüm idman yarışının beynəlxalq standartlarını yaratdı. Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən möhtəşəm hazırlıq və təşkilatçılıq işləri nəticəsində “Bakı-2015” Azərbaycan xalqının qürur mənbəyinə çevrildi, yaddaşlarda həm də parlaq mədəni tədbir kimi qaldı. Bir sözlə, bu Oyunlar ölkəmizi kəşf etmək üçün yaxşı imkan oldu.

“Bakı-2015” ilə bağlı xarici ölkələrdə keçirilən təqdimat mərasimlərinə toxunan nazir bildirdi ki, Oyunlar ərəfəsində və sonra ölkəmiz dünyanın diqqət mərkəzində oldu. BunuMilan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonuna göstərilən böyük maraq aydın nümayiş etdirdi. Azərbaycan qarşıdakı illərdə ev sahibliyi edəcəyi mötəbər yarışları, o cümlədən IV İslam Həmrəylik Oyunları, Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, “Avro-2020”nin qrup mərhələsinin oyunlarını da yüksək səviyyədə təşkil edəcək.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev son illər Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazandığını vurğuladı. Bildirdi ki, bu uğurların əsasında xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, dövlətçilik ideyaları və Prezident İlham Əliyevin müdrik rəhbərliyi dayanır.

Qeyd olundu ki, birinci Avropa Oyunları Azərbaycanın idman ölkəsi olduğunu dünyaya bir daha nümayiş etdirdi. Bu möhtəşəm idman bayramına neftçilərin böyük töhfələr verdiyini vurğulayan R.Abdullayev SOCAR-ın birinci Avropa Oyunlarının baş sponsoru olaraq idman qurğularının inşasında, şəhərimizdə aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak etdiyini diqqətə çatdırdı. O dedi ki, bu sahədə görülən işlərə ən böyük töhfə Bakı Olimpiya Stadionunun inşası olub. Bu stadion tikinti sahəsində böyük nüfuza malik beynəlxalq ekspertlər tərəfindən 2015-ci il üzrə idman qurğuları kateqoriyasında dünyada ilin ən yaxşı layihəsi elan edilib.

Birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı uğurlardan danışan Rövnəq AbdullayevNeftçiidman klubu təmsilçilərinin əldə etdiyi qələbələri xatırlatdı. Vurğuladı ki, “Bakı-2015”, eləcə də növbəti illərdə ölkəmizdə keçiriləcək beynəlxalq idman yarışları dövlətimizin başçısının yürütdüyü düşünülmüş siyasətin nəticəsidir.

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirdi ki, bu möhtəşəm nəşr və onun təqdimat mərasimi “Bakı-2015” birinci Avropa Oyunlarının həyəcanını bizə bir daha yaşatdı. bp Avropanın ən mühüm idman tədbirinə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsindən qürur duyur. On yeddi gün davam edən bu Oyunlar Azərbaycanın unudulmaz idman zəfərinə çevrildi.

Q.Birrel vurğuladı ki, zəngin tarixə, möhtəşəm mədəni irsə malik Azərbaycan dünyaya çox şey təqdim edə bilər. Azərbaycan bu Oyunlarda da dünyaya özünün qədim tarixini və zəngin mədəniyyətini bir daha nümayiş etdirdi. “Bakı-2015” birinci Avropa Oyunları ölkənin irsi kimi də tanınmağa başladı.

Nəşrin əhəmiyyətini xüsusi vurğulayan bp-nin regional prezidenti kitabda birinci Avropa Oyunlarının ən həyəcanlı anlarının, Azərbaycanın qitə idmanına misilsiz töhfəsinin təqdim olunduğunu bildirdi. “Azərbaycanın 20 il ərzində əldə etdiyi nailiyyətlər bu kitabda əksini tapıb. Biz bu qısa müddətdə qazanılan böyük nailiyyətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk. Azərbaycanın tərəfdaşı olan bp ölkənin bütün uğurlarında, o cümlədən idman sahəsində görülən işlərdə yaxından iştirak edir. Biz, həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin tərəfdaşıyıq və ölkədə idmanın inkişafına dəstəyimizi davam etdirəcəyik. Azərbaycan idman sahəsində daha böyük uğurlar qazanmaq əzmindədir və bizbu baxımdan onun yanındayıq” - deyə Q.Birrel qeyd etdi.

Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər Partiyasının nümayəndəsi, “Senate Consulting Ltd” şirkətinin təsisçisi, “Discover Azerbaijan: Baku 2015 edition” (Azərbaycanı kəşf et: “Bakı-2015” buraxılışı) kitabının layihə direktoru Lord Devid Evans nəşrin ərsəyə gəlməsində əməyi olan şəxslərə minnətdarlığını bildirdi. Ölkələrimiz arasında sıx münasibətlərin olduğunu deyən Lord Evans vurğuladı ki, nəfis tərtibatda çap edilən bu kitabda birinci Avropa Oyunları, habelə Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər əksini tapıb. Belə möhtəşəm tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirbununla qürur duyuruq.

Kitabda Azərbaycanın turizm imkanları barədə də ətraflı bəhs olunduğunu qeyd edən layihə direktoru dedi: “Biz Azərbaycanın qazandığı bu yüksək uğurlara görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Asiya ilə Avropa arasında gözəl məkanda yerləşən bu ölkə özündə bir çox sirləri qoruyub saxlayır. Ən böyük zirvələri fəth edən bu ölkəyə və xalqa bizim böyük hörmətimiz var. Biz bu xalqa böyük dostluq hissi ilə yanaşırıq. Bu dostluq bizi yeni nailiyyətlərə səsləyir. Bu ölkənin adı Odlar Yurdu Azərbaycandır. Möhkəm dostluq tellərinə görə sizə minnətdaram”.

Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış etdi.

Bu kitab təkcə idman yarışlarını deyil, Azərbaycanın müasir inkişafının bütün sahələrini əhatə edərək onun əsl salnaməsini yaradıb”, - deyən Əli Həsənov layihənin ərsəyə gəlməsində xidməti olan şəxslərə Prezident Administrasiyası adından minnətdarlığını bildirdi.

Nəşrin Prezident İlham Əliyevin müsahibəsi ilə başladığını vurğulayan Əli Həsənov müsahibədə Azərbaycan Respublikasının müasir inkişafının bütün sahələrindən bəhs olunduğunu qeyd edərək dedi: “Dövlətimizin başçısı müsahibəsində iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı, biznes mühiti, müasir cəmiyyət quruculuğu, xalqımızın milli-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, Azərbaycanda və Avropada idmanın inkişafında birinci Avropa Oyunlarının rolu və digər məsələlər haqqında fikirlərini bildirib”.

Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırdı ki, kitabda toplanan materiallarda müstəqillik illərində ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılması, həyata keçirilən mühüm transmilli enerji layihələrinin regionun inkişafında, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti geniş təhlil edilib. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil inkişafı üçün mühüm əhəmiyyət daşıyıb, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi transmilli layihələrin həyata keçirilməsi ölkənin enerji resurslarının dünya bazarına çıxarılmasında, respublikanın tərəqqisində, beynəlxalq iqtisadisiyasi əlaqələrinin möhkəmlənməsində müstəsna rol oynayıb. Nəşrdə bütün bu inkişaf yolu, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə həyata keçirilən siyasi kurs, müasir cəmiyyət quruculuğu, ölkədə sosial, iqtisadi və mədəni infrastrukturun qabaqcıl dünya standartları səviyyəsində yenidən qurulması barədə geniş məlumat verilib.

Son 10 ildə Azərbaycanda iqtisadiyyat üç dəfədən çox artıb, işsizlikyoxsulluğun səviyyəsi 5 faizə enib, sosialiqtisadi infrastruktur yenidən qurulub, əhalinin rifahı əsaslı şəkildə yüksəlib. İqtisadiyyatın qeyri-neft sektorunda hər il 9-10 faiz artım müşahidə olunur. Son bir neçə ildə ümumi daxili məhsul istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 50 faizdən çox olub, 2015-ci ilin birinci yarısında isə bu rəqəm 70 faizə çatıb. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən asılılığının azaldığını açıq şəkildə göstərir. Bütün bu faktlar nəşrdə əksini tapıb.

Əli Həsənov layihə müəlliflərinin Azərbaycanın bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynaması və artıq regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsinin də xüsusi diqqətə çatdırdıqlarını vurğuladı. Bildirdi ki, salnamə xarakteri daşıyan kitabda bu gün Azərbaycanın beynəlxalq arenada müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən nüfuzlu ölkə kimi tanındığı qeyd olunub. Nəşrdə, həmçinin Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, bir ailə kimi yaşadıqları və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verdikləri bildirilib, Azərbaycanın bütün dünyada millidini tolerantlıq məkanı kimi tanındığı oxuculara çatdırılıb.

Prezidentin köməkçisi dedi ki, kitabda Azərbaycanın regionun mərkəzi ölkəsinə çevrilməsi və müxtəlif sahələrdə beynəlxalq səviyyəli tədbirlərə, o cümlədən “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi əksini tapıb. Habelə Avropa Oyunlarının ən yüksək standartlarının Azərbaycanda müəyyənləşdirildiyi, bu nümunənin idman tarixinə yazıldığı qeyd olunub. Nəşrdə Azərbaycanın turizm infrastrukturunun inkişafı, ölkəmizin beynəlxalq turizm mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edilib.

Bu gün Bakı xarici görünüşü, müasir sosial və mədəni infrastrukturu baxımından dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna biləcək səviyyəyə çatıb. Bununla yanaşı, Azərbaycanın regionlarında da turizm infrastrukturu sürətlə inkişaf edir, Şahdağ, Tufandağ turizm, NaftalanDuzdağ müalicə mərkəzləri regiondadünyada tanınır. Əli Həsənov nəşrdə ölkəmizin müasir inkişafını əks etdirən bu və digər faktların yer almasının təqdirəlayiq olduğunu bildirdi.

Prezidentin köməkçisi “Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabının Azərbaycanın elm, təhsil, mədəniyyət mərkəzlərinin ölkəmizin təbliği istiqamətində fəaliyyətinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi, nəşrin ərsəyə gəlməsinə əməyi olan şəxslərə bir daha minnətdarlığını çatdırdı.

“Azərbaycanı kəşf et: Bakı-2015 buraxılışı” kitabı dünya idman tarixində ilk dəfə keçirilən birinci Avropa Oyunlarına həsr olunub. Nəşrdə Oyunların gündəlik icmalı, yarışlar və onların keçirildiyi məkanlar haqqında ətraflı məlumat verilir. Həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, təbiəti barədə oxuculara konkretlakonik informasiya çatdırılır. İngilis dilində nəşr olunmuş kitab yalnız birinci Avropa Oyunlarının deyil, bütövlükdə Azərbaycanın xaricdə təbliği baxımından müstəsna əhəmiyyətə malikdir.

Kitabda “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın fotoşəkillərindən geniş istifadə edilib.

Nəşrin növbəti təqdimatının gələn il martın 10-da Böyük Britaniyada keçirilməsi nəzərdə tutulur.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 14 noyabr.- S. 2.