Gürcüstanda yaşayan azərbaycanlılar ölkələrarası münasibətləri daha da möhkəmləndirirlər

 

Azərbaycan və Gürcüstan, demək olar ki, bütün sahələrdə - iqtisadi, siyasi, nəqliyyat, humanitar və mədəni sahələrdə tərəfdaşdır və birlikdə iri regional layihələr həyata keçirirlər. Avrasiyanın energetika mənzərəsini dəyişən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələri hazırda uğurla fəaliyyət göstərir. Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası da tamamlanmaq üzrədir və tezliklə dəmir İpək yolu işə düşəcək. Bu baxımdan qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrində təmsil olunan Gürcüstan etibarlı tərəfdaş kimi özünü doğruldurbu amil iki ölkə arasında əlaqələri daha da gücləndirir.

Ötən həftə Prezident İlham Əliyevin Gürcüstana etdiyi rəsmi səfər isə ölkələrimiz arasındakı münasibətləri daha da möhkəmləndirdi. Bu səfər həm siyasi, həm də iqtisadi cəhətdən xeyli əhəmiyyətli idi. Prezident İlham Əliyevin Gürcüstanda bir neçə rəsmi görüşlərinin nəticəsi olaraq təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamə imzalanıb.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlılarla da görüşüb, onların problemləri ilə maraqlanıb. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə birgə Azərbaycan Prezidenti Marneuli rayonunda fəaliyyət göstərən soyuducu anbar kompleksi və “Çay evi” tədris mərkəzi ilə tanış oldu. Cənab İlham Əliyev və Giorgi Marqvelaşvilinin Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşündə isə dövlət başçıları bir-birinə olan dərin ehtiramlarını bildirdilər, eyni zamanda ölkələrarası möhkəm dostluq münasibətlərinin olduğunu vurğuladılar.

Prezident İlham Əliyev çıxış edərək bildirdi: “Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir. Bizim əməkdaşlığımızın böyük tarixi və gözəl gələcəyi var. Bu gün Gürcüstan və Azərbaycan - iki dost, qardaş ölkə birgə fəaliyyət göstərir, regionda mühüm layihələr icra edir. Bizim əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır və biz bundan sonra da əlaqələrin inkişafı üçün əlimizdən gələni edəcəyik.

Bu gün səfər çərçivəsində mən Marneuliyə sizinlə görüşə gəlmişəm. Mən əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir. Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizim ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir. Biz çox istəyirik ki, həm Azərbaycanda yaşayan gürcülər, həm Gürcüstanda yaşayan azərbaycanlılar bundan sonra da ölkələrin ictimai, siyasi, iqtisadi həyatında öz rolunu oynasınlar və həm öz ölkələrinin dəyərli vətəndaşları kimi töhfə versinlər, eyni zamanda, əlbəttə, öz tarixi köklərini də unutmasınlar. Mən istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar rahat yaşasınlar. Onların yerləri ilə təmin edilməsi istiqamətində daha da ciddi addımlar atılsın, onlar öz dəyərlərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi bu ölkənin ümumi inkişafına öz töhfəsini versinlər”.

Prezident İlham Əliyevin Gürcüstandakı soydaşlarımızla görüşü onların problemlərinin həllinə kömək edəcək. Görüş zamanı heç bir məktəbi təmirsiz vəziyyətdə görmək istəmədiyini deyən cənab İlham Əliyev bununla bağlı SOCAR-ın rəhbərliyinə lazımi göstərişlər də verib. Prezident azərbaycanlı adamlarına həmvətənlərimizin işlə təmin olunmasında fəallıq göstərməyi də tövsiyə edib: “Əminəm ki, bundan sonra həm SOCAR, həm Azərbaycanın digər şirkətləri, özəl qurumların nümayəndələri Gürcüstana investisiya qoyacaqlarburada yaşayan azərbaycanlılar, gürcülər üçün yeni imkanlar yaradacaqlar”.

Təhsillə bağlı məsələlərin xüsusi əhəmiyyət daşıdığına diqqət çəkən İlham Əliyev bildirib: “Düzdür, hələ ki Azərbaycanda da təmirsiz, qəzalı vəziyyətdə olan məktəblər var. Son on ildə Azərbaycanda 3 mindən çox məktəb tikilib təmir edilib. Azərbaycanda təxminən 5 min məktəbin olduğunu nəzərə alsaq, görərsiniz ki, qədər böyük işlər görülüb. Amma yenə mən bu gün Azərbaycanın müxtəlif bölgələrində olarkən vətəndaşlar məsələ qaldırırlar ki, o məktəb qəzalı vəziyyətdədir, bu məktəb təmirsizdir. Yəni bu problem bizdə , sizdə var. Amma biz çalışacağıq ki, bu məsələ öz həllini tapsın. Hesab edirəm ki, Dövlət Neft Şirkəti burada əsas investor kimi öz rolunu oynayacaqdır.

Ümumiyyətlə, Dövlət Neft Şirkətinin həm Azərbaycanda, həm işlədiyi bütün ölkələrdə çox böyük sosial məsuliyyəti vardır. İndi SOCAR müxtəlif ölkələrdə fəaliyyət göstərir o ölkələrdə, o cümlədən Gürcüstanda da məktəb, uşaq bağçalarının tikintisi, infrastruktur layihələrinin icrası ilə məşğuldur. İlk növbədə bunu Gürcüstanda etməlidirlər, çünki burada böyük sayda azərbaycanlı əhali yaşayır”.

Azərbaycan Prezidentinin Gürcüstana səfərini, eləcə orada yaşayan azərbaycanlılarla görüşünü yüksək dəyərləndirən Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili isə əminliklə qeyd etdi ki, bütün Gürcüstan xalqı İlham Əliyevə məhəbbətlə yanaşır: “Bilirəm ki, burada yaşayan azərbaycanlılar da İlham Əliyevi ikiqat istəyir. Mən sevinirəm ki, rayonda böyük inkişaf var. Bu yeniliklər sizin səyinizlə Azərbaycanın bölgəyə, iqtisadiyyata dəstəyi vasitəsilə yaranıb. Mən qeyd etmək istəyirəm ki, bu dəstək təkcə Marneulidə deyil, hər yerdə nəzərə çarpır. Gürcüstanın iqtisadiyyatının gücləndirilməsində Azərbaycan ilə tərəfdaşlıq mühüm rol oynayır. Bu dəstək sosial layihələrin reallaşdırılmasında da nəzərə çarpır. Bu gün bütün bağçalarda istilik sistemi mövcuddur. Mən deyərdim ki, bir çox kilsələr digər müəssisələr istiliklə təmin olunub. Bundan başqa, bir çox mədəni, idman elmi layihələrə kömək göstərilir. Bunu görməmək mümkün deyil. Bütün bunları bizim dost Azərbaycan dost Gürcüstan üçün edir. Mən iftixar hissi ilə deyə bilərəm ki, bölgədə həyata keçirilən bütün layihələr öz bəhrəsini verir”.

Azərbaycanın dövlət başçısının Gürcüstana səfəri soydaşlarımızın problemlərinin həlli ilə yanaşı, iqtisadi siyasi baxımdan da əhəmiyyətli hesab olunur. Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə həmişə dəstək olmuşlar. Çünki onlar bu torpaqlarda əsrlərdir ki, yaşayırlar, oraya bağlıdırlar. Bu gün xalqlarımızı birləşdirən məhz həmin tarixi əlaqələr, çoxəsrlik dostluq qardaşlıq münasibətləridir.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2015.- 14 noyabr.- S. 4.