ParisdəŞalom Baku” filminin təqdimatı keçirilib

 

Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi Azərbaycanın Dostları Assosisaiyasının təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində rejissor Müryel LevininŞalom, Bakusənədli filminin təqdimat mərasimi keçirilib.

Sənədli film Bakıda, eləcə Quba Oğuz rayonlarında yaşayan yəhudi icmasının gündəlik həyatını əks etdirir.

Təqdimat mərasimində qonaqları salamlayan səfir Elçin Əmirbəyov qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Qərb Şərq arasında körpü rolu oynadığını bildirib. Ölkəmizin belə bir geosiyasi məkanda yerləşməsinin onun zəngin mədəniyyətinin formalaşmasına inkişafına təsirindən, eləcə müxtəlif xalqların, etnik qrupların dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından danışıb.

O qeyd edib ki, məscidləri, sinaqoqları kilsələri yan-yana bir yerdə görmək, onlar arasındakı sülhün, xoş münasibətlərin olması sevindirici haldır. Etnik dini əsasda olan bütün ayrı-seçkiliyə yox deyən Azərbaycanda ksenofobiya dini zəmində münaqişələr, antisemitizm əlamətləri heç vaxt müşahidə olunmayıb. Azərbaycan dinlər arasında münasibət tolerantlıq baxımından bütün dünyaya nümunədir.

Səfir ölkəmizdə tolerantlığın, qarşılqlı hörmətin ən vacib dəyərlərdən olduğunu vurğulayıb.

Azərbaycandə yaşayan yəhudilər haqqında ətraflı məlumat verən E. Əmirbəyov onların ölkənin inkişafına verdiyi töhfələrdən danışıb. O, yəhudilərin digər Azərbaycan vətəndaşları kimi eyni hüquqa azadlıqlara malik olduğunu onların hüquqlarının Azərbaycan Respublikası Konstitusiyası ilə qorunduğunu diqqətə çatdırıb. Səfir ölkəmizdə etnik qrupların dillərinə, adət -ənənələrinə hörmətlə yanaşıldığıni bunun üçün bütün şərait yaradıldığını bildirib.

Səfir gənc müstəqil Azərbaycanın siyasi, iqtisadi mədəni həyatının inkişafında yəhudi icmasının da fəal iştirak etdiyini bildirib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmişXabad –Or-Avneryəhudi təhsil mərkəzinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev şəxsən iştirak edib.

Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətindən söz açan E.Əmirbəyov yəhudi gənclərin ölkəmizin ərazilərinin bütövlüyü uğrunda göstərdikləri fədakarlıqdan danışıb. O, Albert Aqarunovun Dağlıq Qarabağda Şuşa şəhərinin müdafiəsində canından keçdiyini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü qeyd edib.

Fransa Yəhudi İnstitutları Təmsilçiləri Şurasının sabiq sədr müavini Jan -Pyer Allali ilk gəlişindən Azərbaycana heyran olduğunu bildirərək, ölkəmizdə hökm sürən tolerantlıq mühitindən danışıb.

MərasimdəŞalom, Bakı”nın rejissoru Müryel Levi çıxış edərək filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfirliyinə təşəkkürünü bildirib. O, Azərbaycanda yəhudilər üçün yaradılan şəraitdən danışarkən qeyd edib ki, Qafqaz dağları Xəzər dənizi arasında yerləşən bu dünyəvi müsəlman ölkəsində 25 minədək dağ aşkenaz yəhudisi yaşayır. Onlar Azərbaycan dövlətinin qayğısı ilə tam əhatə olunublar.

Şalom, Baku” filminin nümayişindən sonra tamaşaçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir iştirakçıları filmdə gördüklərinin canlı şahidi olmaq üçün Azərbaycana səfərə dəvət olunublar.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2015.- 14 noyabr.- S. 5.