“Banklar
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹3, maddə 130; 2005, ¹4, maddə 276; 2007, ¹5, maddə 401, ¹ 6, maddə 562, ¹11, maddə 1070; 2008, ¹11, maddə 960; 2009, ¹6, maddə 404, ¹7, maddə 517; 2010, ¹4, maddə 276, ¹10, maddə 839; 2011, ¹7, maddə 590; 2013, ¹ 7, maddə 790; 2014, ¹ 7, maddə 772, ¹ 12, maddə 1517) aşağıdakı məzmunda 81.1-1-ci maddə əlavə edilsin:
“81.1-1. Bu qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
6 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 15 noyabr.- S. 1.