Heydər
Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva Fransa
Prezidenti və xalqına
başsağlığı verib
Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci
xanımı, dördüncü çağırış Azərbaycan
Respublikası Milli Məclisinin Azərbaycan-Fransa dostluq qrupunun
sədri Mehriban Əliyeva noyabrın 13-də Parisdə törədilmiş
terror aktı nəticəsində çoxsaylı insanın həlak
olması ilə əlaqədar Fransa Respublikasının
Prezidenti Fransua Ollanda və Fransa xalqına
başsağlığı məktubu göndərib.
Məktubda deyilir: “Parisdə törədilmiş terror
aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı. Demokratik
dəyərləri, vətəndaşların hüquq
və azadlıqlarını, xüsusən də
günahsız insanları hədəfə alan
terrorizm bütün bəşəriyyətə
qarşı cinayətdir. Baş vermiş faciə ilə əlaqədar Sizə,
həlak olanların ailələrinə və
yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə
başsağlığı verir, yaralananlara və xəsarət alanlara
şəfa diləyirəm”.
AZƏRTAC
Azərbaycan.- 2015.- 15 noyabr.- S. 1.