“Dağlıq Qarabağ: mənbələrdən öyrənilən
tarix” monoqrafiyası tacik
dilində nəşr olunub
Azərbaycanın
Tacikistandakı səfirliyinin təşəbbüsü və
maliyyə dəstəyi ilə Düşənbə şəhərindəki
“İrfon” nəşriyyatında Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən
öyrənilən tarix” monoqrafiyası tacik dilində
çap olunub.
Əsəri tacik dilinə Olim Xocamurod və Bahriddin Cuyo tərcümə ediblər. Kitabın redaktoru Tacikistanın xalq şairi Gulnazar Geldidir.
Monoqrafiyada Dağlıq Qarabağın tarixi, ermənilərin Dağlıq Qarabağa köçürülməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri haqqında məlumat verilir, Dağlıq Qarabağın Azərbaycana mənsub olması tutarlı faktlarla sübut edilir. Həmçinin Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddialarının yalan və uydurma üzərində qurulduğu diqqətə çatdırılır.
Tacikistanın elmi ictimaiyyəti və oxucular belə bir kitabın nəşrini böyük maraqla qarşılayıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
Azərbaycan.- 2015.- 15 noyabr.- S. 3.