Azərbaycan
Parisdə terror nəticəsində
çoxsaylı insan tələfatı ilə
bağlı Fransa dövlətinə və
xalqına başsağlığı verib
Parisdə
törədilmiş silsilə terror aktları ilə əlaqədar
Fransanın Azərbaycandakı səfirliyində “Xatirə
kitabı” açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev noyabrın 16-da Fransanın Azərbaycandakı səfirliyinə gələrək Prezident İlham Əliyevin və Azərbaycan Respublikası Hökumətinin adından Fransa Hökumətinə və xalqına başsağlığı verib və “Xatirə kitabı”nı imzalayıb.
Fransanın Azərbaycandakı səfiri Oreliya Breşez kədərlərini
bölüşdüklərinə, dəstəklərini
bildirdiklərinə gərə təşəkkür edib, ölkəsinin bunu
yüksək qiymətləndirdiyini deyib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 17 noyabr.- S. 4.