Dini qurumların rəhbərləri Fransa səfirliyində “xatirə
kitabı”nı imzalayıblar
Parisdə
törədilmiş silsilə terror aktları nəticəsində
çoxsaylı insan tələfatı ilə əlaqədar
Fransanın Azərbaycandakı səfirliyində “xatirə
kitabı” açılıb.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və ölkəmizdə fəaliyyət göstərən dini qurumların rəhbərləri noyabrın 16-da Fransanın Azərbaycandakı səfirliyinə gələrək Fransa xalqına başsağlığı verib və “xatirə kitabı”nı imzalayıblar.
Fransanın Azərbaycandakı səfiri Oreliya Breşez kədərlərini
bölüşdüklərinə, yüksək səviyyədə
dəstəyə görə minnətdarlıq edib, ölkəsinin bunu
yüksək qiymətləndirdiyini deyib.
Azərbaycan.- 2015.- 17 noyabr.- S. 4.