Şabranın tarixini yaşadan
məkan
Şabran rayonu şimal bölgəsində öz
qədimiliyi ilə seçilir. Bu ərazinin
hər qarışı
keçmişimizin öyrənilməsində
mühüm yer tutur. Şabranda ilk muzey 1991-ci ildə
yaradılıb. Buraya
çoxlu eksponat toplansa da, müvafiq
bir binanın olmaması ucbatından onun açılışı
xeyli vaxt ləngiyib.
- Bunun özü də bir tarixdir,
- deyə Şabran
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Vəfa Hüseynova bildirir.
- Ümummilli lider Heydər Əliyevin 75 illik yubileyi ərəfəsində muzeyin
açılışı oldu. 1998-ci ildən
muzey Şabranın girəcəyində möhtəşəm
bir binada yerləşir. Binanın girişindən
başlanan qədimilik,
zənginlik bizi tariximizin uzaq dövrlərinə aparır. Eksponatların toplanmasında Şabran
camaatı xüsusi fəallıq göstərirdi.
Bu işi elliklə
aparırdıq. Həmin
günlərdə şəhər
və kənd əhalisinə bildirildi ki, kimin evində
qədim tarixə malik nə varsa
gətirib muzeyə versin. Mükafat olaraq müəyyən
məbləğdə pul
ayrılmışdı. Az zamanda
yüzlərlə tarixi
eksponat muzeydə cəmləndi. İnanın ki, insanlar təmənnasız şəkildə
muzeyə onları hədiyyə edirdilər.
Hazırda muzeydə 3617 eksponat nümayiş olunur. Burada rayonun
hər kəndi, qəsəbəsi barədə
geniş məlumat
var.
Muzeyin girəcəyində
respublikamızın dövlət
atributları yerləşdirilib. Böyük zalda
müxtəlif guşələr
var. “Heydər Əliyev
və Azərbaycan” guşəsində ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-şəkillər diqqəti
cəlb edir. Ümummilli liderin Şabran rayonunun sakinləri ilə görüşlərindən xatirə
şəkilləri muzeyin
bəzəyidir. Burada
həmçinin Şabranın
kəndləri, rayonun
ictimai həyatında
fəal rol oynamış insanlar, o cümlədən bu
yurdun şəhidləri
barədə məlumatlar
var.
Muzeyin direktoru
V.Hüseynova bildirdi ki, hazırda muzeydə saxlanan eksponatlar xüsusi temperatur və qaydalara uyğun şəkildə qorunur. 8 bölmədən ibarət
muzeydə Şabran haqqında geniş məlumat verilir. Ümumilikdə Şabran ərazisində
150-dək abidə aşkarlanıb.
Bunlardan möhtəşəmi Şabran
və Çıraqqala
abidələridir. Həmçinin Baş Əmirxanlı, Şahnəzərli, Gəndab
kəndlərində arxeoloji
qazıntılar nəticəsində
müxtəlif dövrləri
özündə ehtiva
edən yaşayış
məskənləri aşkarlanmışdır.
“Ağmul”, “Rus təpə”, “Kömür
təpə”, “Gülüstani-İrəm”
məskənləri tariximiz
haqqında yeni söz deməyə imkan verir. “Şabran IV əsrdə”,
“Çıraqqala” bölmələri
bura gələn hər kəsin marağına səbəb
olur.
Muzeyin ziyarətçiləri Şabranın
tarixi ilə yaxından tanış
olur, rayonun kəndləri, relyefi, təbii sərvətləri,
mədəniyyət ocaqları
barədə məlumat
alırlar. Onu da bildirək
ki, ətraf rayonların sakinləri də muzeydə vaxtaşırı olur.
Vəfa xanım onu da bildirdi ki,
yaxın bir neçə ay ərzində
Şabranla yanaşı,
Qusar, Quba, Xaçmaz, Siyəzən rayonlarının gəncləri,
ziyalıları muzeyi
ziyarət ediblər.
- Rayon təhsil şöbəsi
ilə birlikdə xüsusi proqram hazırlamışıq, - deyən
Vəfa Hüseynova əlavə edir: - Şabran, Quba və Xaçmaz rayonları ərazisindəki
məktəblərin muzeyə
gəlişini təşkil
edirik. Məktəblilər muzeylə tanışlıqdan
razı qalır, tariximizin bir səhifəsi olan Şabranın keçmişi
və bu günü barədə informasiyalarla maraqlanırlar.
Bunu elektron saytımızdan da müşahidə etmək olar.
Onu da öyrənirik ki, yeni binaya
köçəndən şabranlı
məktəblilər bəzən
tarix dərsini
bu muzeydə keçirlər. Öz tarixləri ilə
canlı təmasda olmaq həm yenilik, həm də yaddaş məsələsidir. Çıraqqalanın qalıqlarına vaxtaşırı
ekskursiyalar, arxeloji qazıntılar zamanı tapılan yaşayış
massivlərinə gəzintilər
onların hafizəsində
xatirəyə dönərək
həmişəlik qalacaq.
Hazırda rayon ərazisində arxeoloji qazıntılar aparılır. Bu da gələcəkdə eksponatların sayının
artacağından xəbər
verir.
Tariximizi, mədəniyyətimizi, mənəviyyatımızı yaşadan dünənimiz sabahımıza açılan yolun bu günüdür. Odur ki, keçmişimiz olduğu kimi qorunmalı və gələcək nəsillərə ötürülməlidir. Qorunan ənənələr isə sabah üçün gərəkdir!
Akif ƏLİYEV,
Azərbaycan.- 2015.- 17 noyabr.- S. 11.