Xalçalar gözəl sənət
inciləridir
Xalqımızın bu sərvəti
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs Siyahısında
qorunur
Bir vaxtlar nənələr nəvələrini
dizlərinin dibinə
toplayıb uzun qış gecələrində
onlara şirin-şirin
nağıllar danışar,
qəhrəmanların obrazlarını
yaradardılar. Rəvayətlər, əfsanələr, nağıl və dastanlar bir-birinə calananda şirin-şəkər
nəvələrin nənələrindən
umacaqları bir də “uçan xalçalar” olardı.
Nənələr də nəvələrini
şirin yuxuya vermək üçün
özlərindən nağıllar
uydurardılar.
Belə nağıllar arasında ən maraqlısı “uçan xalçalar” haqqında söylənilənlər
olardı. Nənə başlayardı xalı
ilə xalçaların
bir-birindən oxşar
və fərqli cəhətlərini izah etməyə. Nəvələr də maraq dolu
gözlərini nənəyə
zilləyib “uçan xalçalar”ın nə vaxt qayıdacaqlarını
soruşardılar.
Beləliklə, “uçan xalça” sözü hər birimizə uşaqlıq illərinin ən əziz, maraqlı, həm də müəmmalı olaraq qalan yadigarlarından biridir. Bu xalçaların sirli-sehrli olması Azərbaycan nağıllarında
daha çox söylənilir.
“Uçan xalçalar”ın
tilsimliyi barədə
nənəsini sorğu-suala
tutan nəvənin eşitdiklərinə inanıb-inanmadığını
demək çətindir. Amma İçərişəhərin
Qız qalası tərəfində divardan
üzərində “Flycarret”,
yəni, “uçan xalça” yazılan bir xalça asılıb. Burada satılan
antik əşyaların
alıcıları, adətən,
əcnəbilər olur.
Həmin xalçanı
əcnəbilərə satmaq
istəyən satıcı
onun “sirrini” belə açmağa çalışır: “Bax,
bu xalça qədim dövrlərdə
bir cadugər tərəfindən Azərbaycan
ərazisi üçün
tilsimlənib və ona görə də burada uça bilmir. Sən onu alıb öz
Vətəninə aparsan,
orda necə uçduğunun şahidi
olarsan”. Əcnəbilərin həmin xalçanı almamaları isə təkcə satıcının
onları “tilsimləməyə”
çalışması deyil,
həm də onun qiymətinin çox bahalığı
olur.
Xalı-xalçalar barədə bugünkü
balacaları heyrətləndirmək
o qədər də asan deyil. Lakin xalçaların
uçub-uçmamasının elə bir fərqi
yoxdur. Amma onların bir-birindən
fərqli və oxşar cəhətlərini
öyrənmək lazım
gəlir.
Xalq inamında
xalçaların özünəməxsus
yeri var. Əcdadlarımız
bu sənət növü ilə lap qədim dövrlərdən
məşğul olublar. Bu sənətə dair ən qədim və dəyərli arxeoloji materiallar Dağlıq Altay kurqanlarındakı
daimi buzlaq ərazilərdə aşkar
edilib. Bütöv halda qalmış
xalça Pazırık
(Basırıq) kurqanlarında
tapılıb ki, hazırda o, Sankt-Peterburqdakı
Ermitajda saxlanılır.
Ən qədim xalının 2500 yaşı var. Bu, Bərdə (saqa-oğuz) xalısı adlanır və Qarabağda toxunub. İyirminci yüzilliyin ortalarında Altayda yerli türklər qazıntı aparan zaman Basırıq kurqanlarında insanı heyrətə gətirən maddi mədəniyyət nümunələri aşkar ediblər. Skit boylarına məxsus bu sənət əsərləri arasında salamat qalan və rəngini belə itirməyən bir xalı da olub ki, onun 2500 il öncə Qarabağda toxunduğu təsdiq edilib. Bununla da sübut olunub ki, xalı və xalçalar ilk olaraq dünyanın ayrı-ayrı qütblərinə Azərbaycandan yayılıb. Maraqlıdır, bəs ən uzun xalı harada toxunub və ölçüləri nə qədərdir?
Milli-mənəvi sərvət və maddi mədəniyyət nümunələrindən sayılan Azərbaycan xalçaları bu gün İstanbulun “Topqapı”, Nyu Yorkun “Metropoliten”, Londonun “Viktoriya və Albert”, Parisin “Luvr” muzeylərində nümayiş etdirilir. Londonun “Viktoriya və Albert” muzeyində saxlanan “Şeyx Səfi” xalısı möhtəşəmliyinə görə dünya xalçalarını çox-çox geridə qoyur. Uzunluğu 56,12 metr olan xalı 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunub. Həmin xalçanı - gözəl sənət incisini 1893-cü ildə ingilislər Londona aparmışlar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin xalının təkrar nüsxəsi hazırlanaraq Azərbaycan Müasir İncəsənət Muzeyində saxlanılır. Bu, əlbəttə, bütünlüklə maddi mədəniyyət abidələrinə, milli-mənəvi sərvətə Heydər Əliyev Fondunun qayğısıdır. Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan xalçası Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın vətənpərvərlik təşəbbüsü ilə 2010-cu ilin noyabr ayının 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Xalça muzeyinin ilk dəfə ölkəmizdə təşkili də bu qədim xalq sənətinin vətəninin Azərbaycan olduğuna bir işarədir. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyi heç də təsadüfi olaraq milli mədəniyyətimizin yeganə zəngin xəzinəsi hesab edilmir. Muzeydə Azərbaycan xalqının milli mədəniyyəti və incəsənətinin daşıyıcısı olan, əsrlər boyu yaratdığı qədim, əvəzsiz xalça nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri də toplanıb. Xalqımızın maddi və mənəvi irsinin saxlanc yeri sayılan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi xəzinəsindəki nadir xalçaların dəyərinə, həmçinin əhəmiyyətinə görə dünyada yeganədir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla müasir Xalça muzeyinin yeni binasının tikilməsi və bu əvəzedilməz xalq sərvətinin orada qorunub saxlanması ilə yanaşı, nümayişi də məhz həmin xəzinənin qorunmasına, yaşadılmasına dövlət qayğısının bariz nümunəsidir.
Xalçalar zaman-zaman öz dəyərini birə-min artıraraq, evin, ailənin ən qiymətli əşyalarından sayılıb. Xalı ilə xalçanın fərqini nənələr və xalçaçılıq sənətinin biliciləri daha yaxşı bilir. İlk dəfə nənələrimiz xalı toxuyublar. Bunun da əsasən tərəkəmə ellərində köçəri həyatın üstünlük təşkil etməsi ilə bağlı olduğu bildirilir. Belə ki, qışda aranda qışlayan, yayda yaylaqda yaylayan elat tayfaları otağı və keçədən qurulmuş alaçığı bəzəmək üçün xalılardan istifadə ediblər. Evin döşəməsinin ölçüsündə xalılar toxunub. Belə xalılar xovlu və xovsuz olublar. Əsasən ilk vaxtlar xalılar xovsuz toxunub, yəni, palaz, kilim, şəddə və s. formada. Sonralar xalıların ölçüləri dəyişdirilib: xalçaya çevrilib və əsasən xovlu toxunublar. Ən kiçik formatlı xalçalara da rast gəlmək mümkündür ki, onlar qiymətli hədiyyə kimi sifarişlə toxunurlar.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2015.- 17 noyabr.- S. 11.