Latviya Respublikasının Prezidenti
Zati-aliləri cənab
Raymonds Veyonisə
Hörmətli cənab Prezident,
Latviya Respublikasının
milli bayramı – Müstəqillik günü
münasibətilə Sizi
və xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Latviya arasındakı ənənəvi
dostluq münasibətləri,
qarşılıqlı faydalı
əməkdaşlığımız xalqlarımızın mənafelərinə
uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Belə
bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir,
dost Latviya xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 noyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 18 noyabr.- S. 2.