Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə 700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə 265; 2012, ¹ 1, maddə 2, ¹ 7, maddə 651; 2013, ¹ 12, maddə 1479; 2014, ¹ 2, maddə 78, ¹ 7, maddə 769, ¹ 11, maddə 1356, ¹ 12, maddə 1526) 5.4.8-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.4.9-cu maddə əlavə edilsin:

“5.4.9. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 18 noyabr.- S. 2.