Azərbaycan ilə
İran arasında hərbi sahədə əməkdaşlıq
uğurla davam edir
Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov
İran İslam Respublikasının ölkəmizdəki səfiri
Möhsün Pakayin ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-İran münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi vurğulanıb.
Söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Xəzər dənizində iki ölkənin Hərbi Dəniz qüvvələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi, hərbi gəmilərin qarşılıqlı dostluq səfərlərinin, müxtəlif istiqamətlərdə ekspertlərdən ibarət işçi görüşlərinin təşkili, təcrübə mübadiləsi məsələlərinə də diqqət yetirilib.
İran İslam
Respublikasının Silahlı Qüvvələrinin ölkəmizdəki
hərbi attaşesi polkovnik
Əmir Fərəci Moez də
görüşdə iştirak edib.
Azərbaycan.- 2015.- 18 noyabr.- S. 4.