Beşinci çağırış
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci
sessiyası keçirilib
Noyabrın
17-də beşinci çağırış Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası
keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi düzüblər.
Sonra sessiya öz işinə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 noyabr 2015-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair çıxış edərək deyib ki, seçici siyahılarına daxil edilmiş 268 min 463 nəfərdən 205 min 166 nəfəri, yəni, 76,4 faizi seçkidə iştirak edib. Seçki qutularında aşkar edilən bülletenlərdən 203 min 991-i - 99,4 faizi etibarlı hesab edilib. Seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməyib, aşkarlıq təmin edilib, xarici və yerli, o cümlədən siyası partiyaların müşahidəçiləri seçkilərin gedişini və səslərin hesablanmasını izləyiblər. Təqdim edilmiş sənədlərin təhlili nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin qanunvericiliyə uyğun olduğu, demokratik, aşkarlıq və hər kəsin öz iradəsini sərbəst ifadə etdiyi şəraitdə keçirildiyi müəyyən edilib. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti konstitusiya icraatı qaydasında işə baxaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci və 93.4-cü maddələrinə uyğun olaraq keçirilən seçkilərin nəticələrini 2015-ci il 10 noyabr tarixli qərarı ilə bütövlükdə təsdiq edib. Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2015-ci il 1 noyabrda keçirilən seçkilərdə 45 seçki dairəsi üzrə seçilmiş 45 deputatın səlahiyyətləri təsdiq edilib.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş deputatların siyahısını oxuyub.
Sessiyanın ilk iclasına deputat Tariyel Talıbov sədrlik edib.
Azərbaycan Respublikasının Dövlət
himni səslənib.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin seçilməsi
məsələsi müzakirə
edilib.
14 saylı Danyeri seçki dairəsindən
deputat Asim Əliyev çıxış
edərək Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinə sədr
seçilmək üçün
Vasif Yusif oğlu Talıbovun namizədliyini irəli sürərək deyib:
“2015-ci il noyabrın
1-də Azərbaycan Respublikasının
Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinə keçirilən
seçkilər bir daha göstərdi ki, muxtar respublika
əhalisi ümummilli
lider Heydər Əliyev yolunun davam etdirilməsinə alternativ görmür. Bu da səbəbsiz
deyil. Çünki
son illər bu yolun uğurla davam etdirilməsi nəticəsində muxtar
respublikada bütün
sahələrdə inkişaf
və tərəqqiyə
nail olunub. 1995, 2000, 2005 və
2010-cu illərdə Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinə sədr
seçilmiş Vasif Talıbovun rəhbərliyi
ilə Naxçıvan
Muxtar Respublikasında
sənaye, kənd təsərrüfatı, təhsil,
səhiyyə, mədəniyyət
inkişaf etdirilib, ordu quruculuğu sahələrində tədbirlər
görülüb, yeni
iş yerləri açılıb. Ötən dövrdə
milli dəyərlərimizin
qorunub yaşadılması,
tarixi abidələrin
bərpası istiqamətində
də ardıcıl tədbirlər həyata keçirilib, Naxçıvanın
tarixi, ələlxüsus,
5 min illik şəhər
mədəniyyəti sistemli
şəkildə öyrənilib.
Muxtar respublikada
iqtisadi inkişafın
vacib göstəricisi
hesab olunan ərzaq və enerji təhlükəsizliyi
tam təmin edilib. Hazırda Naxçıvanda
336 növdə məhsula
olan tələbat yerli istehsal hesabına ödənilir.
Muxtar respublika enerji idxalçısından onu
ixrac edən regiona çevrilib. Naxçıvan sabitlik və
inkişaf diyarıdır.
Hansı
sahəyə diqqət
yetirsək, böyük
dəyişikliklərin, inkişafın
şahidi olarıq.
Dövlət proqramları uğurla
icra olunur, əhalinin rahat və firavan yaşayışı təmin
edilir. Quruculuq işləri Naxçıvan
şəhərində də,
ən ucqar dağ kəndində də eyni səviyyədə
aparılır.
Qazanılan nailiyyətlər Vasif Talıbovun muxtar respublikaya uğurlu rəhbərliyi sayəsində
mümkün olub. Muxtar respublikanın keçdiyi
inkişaf yolu: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti
haqqında, müstəqil
Azərbaycanın gələcəyi
haqqında və Azərbaycanın ayrılmaz
hissəsi olan Naxçıvan haqqında
planlarım, arzularım
yerinə yetirilsin” - deyən ulu öndər Heydər Əliyevin ideyalarına dərin sədaqətin təcəssümüdür. Seçicilərimin
mənə verdiyi vəkaləti nəzərə
alıb, 7 saylı Aralıq seçki dairəsindən Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinə deputat
seçilmiş Vasif Yusif oğlu Talıbovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri vəzifəsinə
namizədliyini irəli
sürürəm!”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarından
Sevda Quluyeva, Namiq Məmmədov və Saleh Məhərrəmov
çıxış edərək
deputat Vasif Talıbovun yenidən Ali Məclisin Sədri seçilməsi təklifini
dəstəkləyiblər.
Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri vəzifəsinə
irəli sürülmüş
namizədin açıq
səsvermə yolu ilə seçilməsini təklif ediblər. Səsvermənin nəticələrini hesablamaq
üçün 3 nəfərdən
ibarət hesablayıcı
komissiya seçilib.
Sonra səsvermə
keçirilib.
Hesablayıcı komissiyanın yekun protokoluna əsasən səsvermədə iştirak edən 45 deputatın hamısı 7 saylı Aralıq seçki dairəsindən seçilmiş deputat Vasif Yusif oğlu Talıbovun lehinə səs verib. Beləliklə, Vasif Yusif oğlu Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış edib. O deyib:
- Bu gün biz beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasına toplaşmışıq.
Ali Məclisin ötən çağırışdakı fəaliyyət dövründə muxtar respublikada inkişaf təmin edilmiş, yeniləşməyə nail olunmuşdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən quruculuq xətti davam etdirilmiş, idarəetmə orqanlarının məsuliyyəti artırılmışdır.
Bu gün əminliklə demək olar ki, ötən beş ildə nəzərdə tutulan proqramlar icra olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün tədbirlər görülmüşdür.
Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin inkişaf konsepsiyası dayanır. Müstəqil ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu konsepsiyanın bəhrələri göz qabağındadır. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, heç bir qüvvə, kənar təsir Azərbaycanı Heydər Əliyev yolundan döndərə bilməz. Ümummilli liderin adı və əməlləri müstəqil Azərbaycanda bu gün olduğu kimi, gələcəkdə də yaşayacaqdır.
Noyabr ayının 1-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər xalqımızın Heydər Əliyev yoluna sədaqətinin daha bir ifadəsi oldu. Bu gün seçkilərdə fəallıq göstərən, ulu öndərin siyasi kursunu dəstəkləyən bütün seçicilərə minnətdarlığımı bildirirəm!
Muxtar respublika Mərkəzi Seçki Komissiyasına, dairə və məntəqə seçki komissiyalarına, seçkilərin qanunvericiliyin tələbləri səviyyəsində keçirilməsini təmin edən bütün aidiyyəti orqanlara təşəkkür edirəm!
Eyni zamanda, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarını da muxtar respublika seçicilərinin yüksək etimadına layiq görüldüklərinə görə təbrik edirəm!
Qarşıdakı dövrdə də biz fəaliyyətimizi gücləndirməli, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmalı, yeni istehsal sahələrinin və bununla bərabər yeni iş yerlərinin yaradılmasını təmin etməli, sosial sahələrin inkişafına diqqəti artırmalıyıq.
Qarşıda dayanan vəzifələrin icrasında hamınıza uğurlar arzulayır, çıxışımı ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Biz irəliyə baxmalı, ölkəmizin uzunmüddətli, dayanıqlı və səmərəli inkişafını təmin etmək üçün çalışmalıyıq”.
Sonra sessiya öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sədrliyi ilə davam etdirib.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinləri, komitə sədrləri, sədr müavinləri və üzvləri seçilib.
10 saylı Şərur şəhər seçki dairəsindən deputat Azər Yadulla oğlu Zeynalov Ali Məclis Sədrinin birinci müavini, 21 saylı Məzrə seçki dairəsindən deputat Mirhəşim Əhməd oğlu Seyidov isə Ali Məclis Sədrinin müavini seçiliblər.
Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası öz işini başa çatdırıb.
Elxan MƏMMƏDOV,
Azərbaycan.- 2015.- 18 noyabr.- S. 4.