Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Noyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə MSK üzvlərinin müzakirəsindən sonra müraciətlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib. Müraciətlərlə bağlı aparılan müzakirələr nəticəsində noyabrın 1-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilmiş seçkilərin etibarsız sayılması qərara alınıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

 

Azərbaycan.- 2015.- 18 noyabr.- S.4.