Qafqaz Müsəlmanları İdarəsinin sədri İsveçə səfər edib

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də İsveç Krallığına səfərə yola düşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycanın İsveçdəki səfirliyinin və bu ölkənin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) təşkilatçılığı ilə noyabrın 18-19-da Stokholmda keçiriləcəkMultikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda elmi konfransda iştirak etməkdir.

Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi ZelmanoviçStokholma yola düşüblər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayeviniştirak etdiyi konfransda “Dinlərarası tolerantlığın Azərbaycan modeli”, “Multikulturalizmin Azərbaycan və İsveç modelləri: müqayisəli təhlil” mövzularında panel iclasları keçiriləcək.

QMİ-nin sədri A.Paşazadə konfransda məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində İsveç Krallığının rəsmiləri və din xadimləri ilə görüşlər nəzərdə tutulur.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 18 noyabr.- S. 5.