İsmayıllıda “Gənclər siyasətinin Azərbaycan modeli” adlı Beynəlxalq Gənclər Forumu işə başlayıb

 

Ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun uğurlu gənclər siyasəti modeli haqqında məlumat səviyyələrinin yüksəldilməsi, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə, informasiya mübadiləsi bu gün xüsusi önəm daşıyır. Azərbaycan Demokratik Gənclər Təşkilatının (ADTGT) icrasına başladığı “Gənclər siyasətinin Azərbaycan modeli” adlı Beynəlxalq Gənclər Forumu layihəsi məhz bu məqsədə xidmət edir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Gənclər Forumu noyabrın 16-da “Azərbaycanın 2015-ci il Gənclər Paytaxtı” seçilən İsmayıllı rayonunda işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Gənclər Forumunun işinə 13 ölkədən, o cümlədən İspaniya, Belçika, Polşa, Bolqarıstan, Macarıstan, Latviya, Xorvatiya, Türkiyə, Makedoniya, BosniyaHerseqovina, Ukrayna, MoldovaGürcüstandan 22 gənc lider, habelə regionun fəal gəncləri qatılıblar.

Forumun açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Quliyev, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və digər rəsmi qonaqlar iştirak ediblər.

Plenar iclası açan ADTGT sədri Asif Əsgərli vurğulayıb ki, layihə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulanbu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın Gənclər Siyasətinin bir model olaraq beynəlxalq gənclər arenasında təbliğini, geniş sferada öyrənilməsini, təcrübə mübadiləsini, tətbiqi və bu sahədə əməkdaşlıq və tərəfdaşlıq imkanlarını nəzərdə tutur.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, bu forum Azərbaycanda məhz gənclər siyasəti modelinin formalaşdığını göstərir. Bu model ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticəsidir.

Rayon icra hakimiyyətinin birinci müavini Rövşən Ağayev İsmayıllı barədə iştirakçılara ətraflı məlumat verib, forumun işinə müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbovun çıxışı, fondun fəaliyyət istiqamətləri barədə məlumatı dinləyicilər tərəfindən maraqla qarşılanıb.

İspaniya, Xorvatiya, Makedoniya, Türkiyə, Polşa və digər ölkələrdən olan gənclər çıxış edərək, forumun əhəmiyyətindən danışıblar.

Makedoniyalı gənc Ema Kostovsva çıxış edərək deyib: “Gənclər Forumu əməkdaşlığımız baxımından çox gözəl fürsətdir. Hər hansı bir mövzu barədə fikir mübadiləsi aparmaq, ümumi nəticəyə gəlmək bu gün çox zəruridir. Azərbaycanda formalaşan gənclər siyasəti modeli çox maraqlıdır. Prezidentinizin yürütdüyü gənclər siyasəti müsbət nəticələr verir. Gənclər siyasətinin Azərbaycan modelindən öyrənilməli istiqamətlər az deyil”.

Qeyd edək ki, Beynəlxalq Gənclər Forumunun proqramına plenar hissə ilə yanaşı, 4 panel müzakirənin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə və informasiya mübadiləsi şəbəkəsinin qurulması, İsmayıllı Bəyannaməsinin qəbulu, kitab çapı, yayımı və genişprofilli PR fəaliyyəti də daxildir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 18 noyabr.- S. 5.