Gəncənin tarixi məkanları ilə tanışlıq
çoxdankı arzum idi
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya biz yeniyetmələrin Vətənimiz haqqında olan biliklərimizi ikiqat artırır. Bölgələri gəzdikcə və onun tarixi ilə yaxından tanış olduqca görürük ki, nə qədər zəngin tarixə malik bir ölkədə yaşayırıq.
Bu sözləri Biləsuvar rayon Əsgərabad kənd orta məktəbinin IX sinif şagirdi Seyidhəsən Sultanlı AZƏRTAC-a müsahibəsində deyib.
S.Sultanlı bildirib: “Ekskursiya zamanı bölgələrimizdəki
tarixi məkanların bir
çoxu ilə ilk dəfə
tanış olacağam. Gəncənin tarixi məkanları ilə tanışlıq
isə çoxdankı arzum idi. Eyni zamanda,
biz şagirdlər bu
səfərlər zamanı ölkəmizin necə inkişaf etdiyinin şahidi oluruq. Xüsusilə
Gəncənin timsalında bunu daha aydın şəkildə gördük.
Məni sevindirən odur ki,
şəhərin tarixi qorunmaqla
gündən-günə gözəlləşir. Bütün bunlara görə
hər birimiz dövlətimizin
başçısına minnətdarıq”.
Azərbaycan.- 2015.- 18 noyabr.- S. 6.