Quba-Qusar-Xaçmaz marşrutu
üzrə ekskursiyaya 300-ə yaxın məktəbli
qatılıb
Prezident
İlham Əliyevin tapşırığına əsasən
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici
tur-aksiya çərçivəsində səkkiz rayonu təmsil
edən məktəblilər noyabrın 16-da Qubaya gəliblər.
AZƏRTAC xəbər verir ki, İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan ümumilikdə, 300-ə yaxın şagird dörd gün ərzində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyada iştirak edəcək.
Məktəblilər Qubadakı Heydər Əliyev adına parkda qarşılanıblar. Tur-aksiya iştirakçıları burada Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi ilə yaxından tanış olublar.
Dövlətimizin başçısının
tapşırığına əsasən həyata
keçirilən tur-aksiya çərçivəsində
məktəblilər Qusar, Quba
və Xaçmaz rayonlarına səfər
edəcəklər. Onlar buradakı qədim
tarixi, mədəniyyət abidələri,
turizm mərkəzləri və digər
görməli yerlərlə yaxından tanış olacaqlar.
Azərbaycan.- 2015.- 18 noyabr.- S. 6.