Siyəzən məktəblisi:
İsmayıllının gözəl flora
və faunası, maraqlı tarixi var
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Xızı rayonundan İsmayıllıya gələn IX-XI sinif şagirdlərindən ibarət 34 nəfərlik qrup rayondan xoş təəssüratla ayrılıb. Qrup üzvlərindən biri, Siyəzən rayonundakı M.Müşfiq adına 2 saylı tam orta məktəbin XI sinif şagirdi Fidan Bayramova AZƏRTAC-ın müxbirinə deyib: “İsmayıllı barədə zəngin məlumatlar aldıq. Gözəl flora və faunası, maraqlı tarixi var. Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, abad küçə və parkları, müasir tikililəri inkişafdan xəbər verir. Rusların məskunlaşdıqları İvanovkaya da getdik. Mehribanlıqla qarşılandıq. Həmyaşıdlarımızla söhbətləşdik. Maraqlı ənənələri var.
Qeyd edim
ki, buradan Qəbələyə,
oradan isə Şəkiyə gedəcəyik.
Sonuncu gün isə Qobustan rayonunda olacağıq. Bu bölgələrin də
dünəni, bu günü barədə məlumatlar alacağıq.
Bütün bunlara görə,
“Ölkəmizi tanıyaq”
devizi ilə keçirilən tur-aksiyaların
təşəbbüsçüsü Prezidentimiz İlham Əliyevə çox minnətdarıq”.
Azərbaycan.- 2015.- 18 noyabr.- S. 6.