Qərb bölgəsinin
məktəbliləri Lənkəranda
“Ölkəmizi
tanıyaq” layihəsi çərçivəsində təşkil
edilmiş tur-aksiyanın iştirakçıları - Gəncə
şəhərinin, Şəmkir, Göygöl, Samux, Gədəbəy,
Qazax, Ağstafa və Tovuz rayonlarının IX-XI sinif
şagirdləri və onların müəllimləri Lənkərana
gəliblər.
AZƏRTAC xəbər verir ki, onları Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Məktəblilər əvvəlcə Heydər Əliyev Xatirə Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra şəhərdəki Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Tur-aksiyanın iştirakçıları Lənkərandakı “Qafqaz Sahil”, “AB Qala”, “Palmalife” hotellərində yerləşiblər. Şam yeməyindən sonra onlar müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
Noyabrın 17-də Gəncə
şəhərindən, Göygöl,
Şəmkir, Samux və Gədəbəy
rayonlarından olan məktəblilər Lənkəranın,
Qazax, Ağstafa və
Tovuz rayonlarının şagirdləri isə
Lerik və Astara
rayonlarının tarix və mədəniyyət
abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi
inkişafı ilə yaxından tanış olacaqlar.
Azərbaycan.- 2015.- 18 noyabr.- S. 6.