Şamxal İsrailzadə: “Qədim Şabran” şəhəri haqqında çox oxumuşam

 

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın şimal rayonlarına ekskursiyaya gəlmişik. Burada bizi çox mehriban qarşıladılar. İlk tanışlığımız “Qədim Şabran” şəhərinin qalıqları ilə oldu. Bu şəhər haqqında çox oxumuşam. Arxeoloji qazıntılar aparılan əraziyə baş çəkdik, əsrlərlə yaşı olan tarixi abidə ilə yaxından tanış olduq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Şamxal İsrailzadə deyib. Məktəbli bildirib ki, Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya çıxsalar da, buraya gələnədək yolboyu bir sıra rayonlarda olublar: “Səyahət etmək ən maraqlı məşğuliyyətlərdən biridir. Hər addımda yeniliklərlə qarşılaşırsan. Quba, Qusar, Xaçmaz rayonları turizm zonalarıdır. Burada olmaq, əsrarəngiz təbiət mənzərələrini seyr etmək olduqca maraqlıdır. Əminəm ki, bu səfər xoş təəssüratlarla yadda qalacaq”.

 

Azərbaycan.- 2015.- 18 noyabr.- S. 6.