Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak
Kın Heyə
Hörmətli xanım Prezident,
Koreya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim Yon Samın vəfatı xəbəri məni kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 24 noyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 25 noyabr.- S. 2.