Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə yekun vurub

 

Noyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə 2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlə bağlı müvafiq qərar qəbul olunub və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.

Sonra beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.

Qeyd olunub ki, 2015-ci il noyabrın 1-də Milli Məclisə seçkilər azad, ədalətli və şəffaf şəkildə keçirilərək ölkəmizin tarixində müstəsna əhəmiyyət kəsb edən hadisəyə çevrilib. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin tam sərbəst və maneəsiz fəaliyyəti üçün şəraitin yaradılması və bütün digər addımlar MSK-nın hazırlayıb təsdiq etdiyiBeşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən atılıb.

Milli Məclisə seçkilər 125 seçki dairəsi və 5547 seçki məntəqəsi üzrə keçirilib. Deputatlığa 22 siyasi partiyanı, siyasi partiyalar blokunu və seçicilərin təşəbbüs qrupunu təmsil edən, həmçinin öz təşəbbüsü ilə seçkilərə qatılan 767 nəfərin namizədliyi qeydə alınıb, bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şəraiteyni imkanlar yaradılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, hər bir dairə ərazisində 128-i açıq, 128-i qapalı olmaqla, ümumilikdə 256 yer ayrılaraq namizədlərin ixtiyarına verilib. Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər. Namizədlərin seçkiqabağı təşviqatı üçün bütün seçki məntəqələrini əhatə edən 10 mindən çox böyük ölçülü lövhələr quraşdırılıb. Seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı təklif etmiş 45 kütləvi informasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub. Bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb.

Seçkilərlə bağlı daxil olmuş müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hərtərəfli və obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılaraq, ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən müzakirə edilibmüvafiq qərarlar qəbul olunub. Seçki günündən sonra respublika üzrə seçki dairələrinin təqribən 1/4-dən, yəni cəmi 34 seçki dairəsindən, ümumilikdə 44 məsələ ilə bağlı müraciət daxil olub. Bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq zəruri addımlar atılıb, habelə bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.

Cari ildə Milli Məclisə keçirilmiş seçkilərin müşahidəsinə 40 beynəlxalq təşkilat və 57 ölkəni təmsil edən 503 beynəlxalq müşahidəçi qatılıb. Habelə, nüfuzlu 27 beynəlxalq kütləvi informasiya vasitəsindən olan 42 beynəlxalq KİV təmsilçisi MSK tərəfindən müvafiq lövhəciklə təmin olunaraq seçkiləri izləyiblər. Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə “exit-pollkeçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini nüfuzlu beynəlxalq təşkilatlarla birgə təşkil edib və “exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar üst-üstə düşüb.

Respublikada fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst və maneəsiz şəkildə seçkilərdə iştirak ediblər.

Seçkilərin müşahidəsinə, həmçinin çoxsaylı siyasi partiyaları, siyasi partiyalar blokunu, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən, eyni zamanda, öz təşəbbüsləri ilə seçkilərə qatılmış 66 minə yaxın yerli müşahidəçi də qatılıb.

Ümumiyyətlə, seçkilərə hazırlıq, səsvermə günüondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq KİV nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.

Beşinci çağırış Milli Məclisə seçkilərdə aşkarlığın təmin edilməsi üçün qeyd olunanlarla yanaşı, işğal altındakı ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20 faizində) internet vasitəsilə səsvermə prosesini canlı izləmək imkanı verən veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar. Seçki günü dünyanın müxtəlif ölkələrindən və yerlərindən veb-kameralara 200 minə yaxın baxış olubveb-kameralar vasitəsilə müşahidələrin təqribən 70 faizi ölkə daxilindən, 30 faizi isə ölkə xaricindən həyata keçirilib.

Səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olması üçün səsvermə başa çatdıqdan təqribən 5 saat sonra ölkə üzrə 5547 seçki məntəqəsinin 5047-dən, təqribən 91 faizindən daxil olmuş məlumatlar əsasında seçki dairələri üzrə səsvermənin ilkin nəticələri və lider namizədlər haqqında məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb. Növbəti gün, günün birinci yarısında artıq ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsində yerləşdirilib. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.

Milli Məclisə seçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 55,54 faizi səsvermədə iştirak edib.

İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunubKomissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə seçkilərin ümumi yekunlarına dair MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.

Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının təqdim etdiyi sənədlərin yoxlanılması nəticəsində Komissiyanın qərarı ilə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı seçki məntəqəsi, 15 saylı Yasamal birinci seçki dairəsinin 8 saylı seçki məntəqəsi, 53 saylı Quba-Qusar seçki dairəsinin 16 saylı seçki məntəqəsi, 82 saylı Ağcabədi seçki dairəsinin 12 saylı seçki məntəqəsi, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 32 saylı seçki məntəqəsi, 85 saylı Şamaxı seçki dairəsinin 45 saylı seçki məntəqəsi və 121 saylı Laçın seçki dairəsinin 32 və 77 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib.

İclasda yerlixarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.- 2015.- 19 noyabr.- S. 4.