Azərbaycan ilə Bolqarıstan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Proqram imzalanıb

 

Noyabrın 18-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Bolqarıstanın ətraf mühitsu naziri İvelina Vasileva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə ikiillik (2016 və 2017-ci illər) Proqram imzalanıb.

Proqram biomüxtəlifliyi qoruyub saxlamaqbu sahədə strateji planlar işləyib hazırlamaq üçün qabaqcıl praktiki təcrübə mübadiləsini nəzərdə tutur, müxtəlif sahələri, o cümlədən mühafizə olunan təbiət ərazilərinin idarə olunması, ətraf mühitə təsirin qiymətləndirilməsi, qlobal iqlim dəyişmələri və hidrometeorologiya, habelə ozon qatının, torpaqların, transsərhəd su və havanın çirklənmədən qorunması, tullantıların idarə edilməsi, su ehtiyatlarının qorunması məsələlərini əhatə edir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 19  noyabr.- S. 9.