Qərb bölgəsinin məktəbliləri LerikAstarada olublar

 

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncə şəhəri, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarından olan iştirakçıları Lənkərandan sonra noyabrın 18-də Lerikdə olublar.

AZƏRTAC xəbər verir ki, Lerik şəhərindəki Heydər Əliyev Meydanında məktəblilərin qarşılanma mərasimində rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova tur-aksiyanın iştirakçılarını salamlayaraq, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışdı, rayon haqqında şagirdlərə məlumat verdi.

A.Vəliməmmədova diqqətə çatdırdı ki, Talış dağlarında yerləşən Lerik rayonunda 200-dən çox təbiət və tarixi abidə var. Ən qədim yaşayış məskəni kimi tarixə düşmüş Büzeyir mağarası, XI-XII əsrə aid Oğlan və Qız qalaları, XIV əsrə aid Xoca Seyid Türbəsi, XV-XVI əsrin yadigarı Babagil abidəsi, XII əsrə aid Sabir Türbəsi, daş qoç heykəlləri, daş qutu nekropolları, qədim yaşayış yerləri, mağaralar Lerikin qədim tarixindən xəbər verir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində Lerik rayonunun simasının tanınmaz dərəcədə dəyişdiyini vurğulayan A.Vəliməmmədova bildirdi ki, rayona gələn turistlər əsasən “Relax”, “Cənub”, “Meşəbəyi”, “Təbəssüm”, “Yaşıl ada”, “Həyat”, “Xəyal”, “Çənlibel”, “Şəfa”, “Doqquz qardaşturizm və istirahət mərkəzlərində istirahət edirlər.

Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər, dahi rəhbərin adını daşıyan Mərkəzdə Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış oldular.

Lerik Tarix-Diyarşünaslıq və Uzunömürlülər muzeylərində nümayiş etdirilən eksponatlarla tanışlıq şagirdlərdə böyük maraq doğurdu. Tur-aksiyanın iştirakçılarına məlumat verildi ki, Lerik dünyada uzunömürlülər diyarı kimi tanınır. Planetin ən qocaman sakini Şirəli Müslümov bu dağlar qoynunda 168 il ömür sürüb. Hazırda rayonda yaşı 80-dən yuxarı 800-dən çox uzunömürlü yaşayır.

Məktəblilər, həmçinin Lerikdəki “Relaxturizm və istirahət mərkəzində yaradılan şəraitlə yaxından tanış oldular.

X X X

Noyabrın 18-də, günün ikinci yarısında ölkəmizin qərb bölgəsinin məktəbliləri Lerikdən sonra Astara rayonuna gəldilər.

AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçılarını Astara Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, təhsil və mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri qarşıladılar.

Rayonla tanışlığa “AstaraçayMMC-nin fabrikindən başlayan tur-aksiyanın iştirakçıları burada çay emalı prosesini yaxından izlədilər.

Məktəblilər, həmçinin Astara Tarix-Diyarşünaslıq Muzeyində və Heydər Əliyev Mərkəzində nümayiş etdirilən eksponatlar və fotoşəkillərlə tanış oldu, Astara çayının dadına baxdılar.

Astara rayonunun Ərçivan qəsəbəsində “Yanar bulaqla tanışlıq şagirdlərdə böyük maraq doğurdu.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 20 noyabr.- S. 11.