Məktəblilər
cənub bölgəsindən zəngin təəssüratla
ayrılıblar
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsinin dördüncü mərhələsi çərçivəsində respublikamızın regionlarına təşkil edilmiş tur-aksiyalar başa çatıb.
AZƏRTAC xəbər verir ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində regionlara səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələr ilə yaxından tanış olublar.
Noyabrın 19-da tur-aksiyanın Gəncə, Göygöl, Şəmkir, Samux, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarından olan iştirakçıları Lənkəran şəhərindəki Bayraq Meydanından yola salınıblar.
Cənub bölgəsindən zəngin təəssüratla
ayrılan aksiya
iştirakçıları ölkəmizi daha
yaxından tanımaq üçün
yaradılan şəraitə görə dövlətimizin
başçısına minnətdarlıqlarını
bildiriblər
Azərbaycan.- 2015.- 20 noyabr.- S. 11.