“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 144, ¹ 7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə 11; 2013, ¹ 12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779) aşağıdakı məzmunda 118.4-cü maddə əlavə edilsin:

“118.4. Sığortaçının əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 21 noyabr.- S. 1.