“Yol
hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 564; 2001, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002, ¹ 1, maddə 9, ¹ 8, maddə 463; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə 901; 2005, ¹ 4, maddə 277, ¹ 10, maddə 874, ¹ 11, maddə 993; 2006, ¹ 12, maddə 1027; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddələr 1053, 1091; 2008, ¹ 2, maddə 49, ¹ 6, maddələr 453, 463, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 47, ¹ 4, maddə 210, ¹ 12, maddə 948; 2010, ¹ 7, maddə 598; 2011, ¹ 2, maddə 71, ¹ 4, maddə 255, ¹ 6, maddə 469, ¹ 12, maddə 1097; 2012, ¹ 5, maddə 402, ¹ 7, maddə 671; 2013, ¹ 4, maddələr 362, 363, ¹ 7, maddə 795, ¹ 11, maddələr 1295, 1298; 2014, ¹ 4, maddələr 343, 346, ¹ 5, maddə 467, ¹ 11, maddə 1352; 2015, ¹ 1, maddə 2, ¹ 2, maddələr 76, 79, 105, ¹ 5, maddə 502, ¹ 6, maddə 686) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddəyə aşağıdakı məzmunda
53-cü bənd əlavə edilsin:
“53) texnoloji nəqliyyat vasitəsi - küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsidir.”.
2. 27-ci maddənin II hissəsində:
2.1. 3-cü bənddə “digər” sözü “, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri ilə əvəz edilsin;
2.2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4) texnoloji nəqliyyat vasitələrinin, habelə bu maddənin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 21 noyabr.- S. 1.