“ADA” Universitetində
beşinci Beynəlxalq
Festival keçirilib
Noyabrın 20-də “ADA” Universitetində beşinci
Beynəlxalq Festival keçirilib.
AZƏRTAC
xəbər verir ki, Bakıda akkreditasiya olunmuş diplomatik korpusun və Avropa İttifaqının nümayəndələrinin
qatıldıqları ənənəvi
festivalda “ADA Universitetində”
təhsil alan
xarici tələbələr
ölkələrinin milli
mədəniyyətini, musiqi
və mətbəx nümunələrini nümayiş
etdiriblər.
Tədbirdə müxtəlif xalqların
mədəniyyət nümunələrindən
ibarət konsert proqramı təqdim olunub.
Qeyd edək ki,
“ADA” Universitetində bakalavr və magistr pillələrində 39 ölkədən
100 tələbə təhsil alır. Onlardan
52-si Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyi tərəfindən
maliyyələşən “Əlimərdan bəy Topçubaşov” təqaüdünü
qazanıb. Səkkiz nəfər isə “ADA” Universitetinin beynəlxalq tərəfdaşları
olan ali təhsil
müəssisələri, o cümlədən
Böyük Britaniyanın Qlazqo,
Fransanın İESEG menecment məktəbi,
Koreya Respublikasının Hankuk,
ABŞ-ın Miçiqan və Türkiyənin
Giresun universitetləri ilə mübadilə
proqramları çərçivəsində təhsil alan tələbələrdir.
AZƏRTAC
Azərbaycan.- 2015.- 21 noyabr.- S. 5.