Məktəblilər tur-aksiyanın sonuncu günü Qobustan rayonunda olublar

 

Prezident İlham Əliyevin tapşırığı ilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” layihəsi üzrə maarifləndirici tur-aksiyanın noyabrın 16-19-da keçirilən növbəti mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, tur-aksiyanın sonuncu günü, noyabrın 19-da Sumqayıt, Xızı, Siyəzən, ŞabranAbşerondan olan, hər biri 40 nəfərdən ibarət beş qrup Qobustan rayonuna gəlib.

Noyabrın 16-dan İsmayıllı, Qəbələ və Şəkidə bu bölgələrin görməli yerlərini gəzən, tariximüasir həyatı barədə hərtərəfli məlumatlar alan məktəblilər Qobustanda mehribanlıqla qarşılanıblar. Günorta “Qobulənd” istirahət mərkəzi ilə tanış olanburada nahar edən tur-aksiya iştirakçıları günün ikinci yarısında Heydər Əliyev parkına gəliblər. Parkın ərazisində Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto-guşələr barədə ətraflı məlumat verilib.

Sonra məktəblilər 1402-ci ilə aid olanDiri baba” türbəsinə gəliblər. Qayalıqlar arasında yerləşən bu tarixi abidənin əzəməti şagirdlərdə böyük maraq, unudulmaz təəssürat yaradıb.

Beləliklə, növbəti maarifləndirici tur-aksiyanın iştirakçıları rayonlarımıza ekskursiyanı başa çatdırıblar.

 

Azərbaycan.- 2015.- 21 noyabr.- S. 7.