Cənub bölgəsi ilə tanışlıq biz məktəblilərdə zəngin təəssürat yaradıb

 

İlk dəfədir Azərbaycanın cənub bölgəsinə səfər edirəm. Bölgə haqqında kitablardan, filmlərdən ümumi məlumatım vardı. Bu gün isə hər şeyi gözlərimlə gördüm. Necə deyərlər, min eşitməkdənsə, bir görmək yaxşıdır.

Bu sözləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 18-də Lerik rayonunda olan, Göygöl şəhər 3 nömrəli tam orta məktəbinin X sinif şagirdi Fərid Zalov AZƏRTAC-a müsahibəsində söyləyib.

F.Zalov daha sonra deyib: “Cənub bölgəsinin təbiəti, tarix və mədəniyyət abidələri biz məktəblilərdə zəngin təəssürat yaradıb. Lerikdə doğulub boya başa çatan, planetimizin ən qocaman sakini, dağlar qoynunda 168 il ömür sürmüş Şirəli Müslümovun şəklini ilk dəfə buradakı “Uzunömürlülər muzeyi”ndə gördüm. Dağlar qoynunda, meşəliklər arasında salınmış “Relaxturizm və istirahət mərkəzi dünyanın tanınmış turizm mərkəzlərindən heç də geridə qalmır. Burada turistlərin mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb. Bütün bunlar məni çox sevindirir. Bizə bu sevinci bəxş edən ölkəmizin başçısına minnətdarlığımı bildirirəm”.

 

Azərbaycan. - 2015.- 21 noyabr.- S.7.