Jalə Muxtarzadə: Qubadakı kütləvi məzarlıqda gördüklərim düşmənə nifrət hissimi daha da artırdı

 

Dövlətimizin başçısının tapşırığına əsasən təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində tətil günlərimizi olduqca faydalı keçirdik. Ekskursiyada iştirak edən şagirdlərin əksəriyyəti ilk dəfədir şimal bölgəsində olurlar. Tur-aksiyanın proqramı gəzdiyimiz rayonların tarixi, mədəniyyəti, təbiəti və adət-ənənələri ilə yaxından tanış olmaq imkanı yaradır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyada iştirak edən Şamaxı rayonu Mədrəsə qəsəbə tam orta məktəbinin şagirdi Jalə Muxtarzadə söyləyib. Məktəbli Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlar aldıqlarını bildirib: “Kütləvi məzarlıqda qarşılaşdığımız mənzərə dəhşətlidir. Bu hadisəni törədənlər tarix qarşısında cavab verəcəklər. Burada gördüklərimiz bizdə düşmənə nifrət hisslərini daha da artırdı. Amma bütün bunların müqabilində bədnam qonşularımız dünyaya özlərini əzilmiş xalq kimi təqdim etməyə çalışır, mövcud olmayan soyqırımı haqqında yalanlar uyduraraq beynəlxalq aləmə sırımaq istəyirlər. Tarix isə bütün yalanları üzə çıxarır.”

 

Azərbaycan.- 2015.- 21 noyabr.- S. 7.