Doğma Vətənimizin hər bir guşəsi gözəldir

 

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə ekskursiyada iştirak edən Xaçmaz şəhərindəki 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Məmmədli səfərlə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Maarifləndirici tur-aksiyanın əhəmiyyətini yüksək qiymətləndirən Xaçmaz məktəblisi deyib: “Bu səyahət mənim həyatımda çox böyük hadisədir və səfərdən aldığım xoş təəssürat heç vaxt yadımdan çıxmayacaq. Həqiqətən də doğma Vətənimizin hər bir guşəsi gözəldir. Bu bölgəyə səyahət etmək, Şəki xanlarının sarayını görmək çoxdankı arzum idi. Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə sayəsində arzuma qovuşdum. Buna görə özümü xoşbəxt sanıram. Biz gənclərə belə şərait yaratdığına görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm”.

 

Azərbaycan.- 2015.- 21 noyabr.- S. 7.