Biləsuvarlı məktəbli: Doğma şəhərimizə zəngin təəssüratla qayıtmışıq

 

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün Gəncə-Göygöl-Şəmkir marşrutu ilə maarifləndirici tur-aksiyada iştirak edən biləsuvarlı şagirdlər noyabrın 19-da doğma şəhərə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələri qarşıladılar.

Müşayiətçi müəllim, rayon mədəniyyət və turizm şöbəsinin işçisi Səbinə Hüseynzadə ilk təəssüratınıAZƏRTAC-la bölüşüb: “Azərbaycanın qərb bölgəsindən zəngin təəssüratla qayıtmışıq. Biləsuvar rayonunun IX-XI sinif şagirdləri regionun qədim tarix və mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış oldular. Ekskursiyada iştirak edən şagird və müəllimlər adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm”.

Ovçubərə kənd orta məktəbinin X sinif şagirdi İlahə Ağazadə ekskursiya ilə bağlı təəssüratlarını belə ifadə etdi: “İlk dəfə idi ki, belə tur-aksiyada iştirak edirdim. Qədim Gəncə şəhərində, Göygöl və Şəmkir rayonlarında gördüklərimiz bizi heyran etdi. Bunları sözlə ifadə etməkdə çətinlik çəkirəm. Biz bölgənin tarix və mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaqla yanaşı, asudə vaxtlarda müxtəlif əyləncəli proqramlarda da iştirak edirdik. Hamımız doğma şəhərimizə zəngin təəssüratla qayıtmışıq. Bizə bu sevinci bəxş edən dövlətimizin başçısına “çox sağ olundeyirik.

Maarifləndirici tur-aksiyanın digər iştirakçıları Biləsuvar şəhər 8 saylı məktəb–liseyin şagirdləri Abdullazadə Nuranə, Cəfərli Zəka və başqaları da səfərdən zəngin təəssüratla qayıtdıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

 

Azərbaycan.- 2015.- 21 noyabr.- S. 7.