“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 2, maddə 82; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 3, maddə 116, ¹ 5, maddə 245; 2004, ¹ 2, maddələr 57, 58; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 8, maddə 752, ¹ 11, maddə 1079; 2009, ¹ 4, maddə 212, ¹ 8, maddə 611; 2010, ¹ 3, maddə 172; 2015, ¹ 2, maddə 82) 14-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi sənədlərə əlavə olunur.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 22 noyabr.- S. 1.