Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1215-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 564; 2001, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002, ¹ 1, maddə 9, ¹ 8, maddə 463; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə 901; 2005, ¹ 4, maddə 277, ¹ 10, maddə 874, ¹ 11, maddə 993; 2006, ¹ 12, maddə 1027; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddələr 1053, 1091; 2008, ¹ 2, maddə 49, ¹ 6, maddələr 453, 463, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 47, ¹ 4, maddə 210, ¹ 12, maddə 948; 2010, ¹ 7, maddə 598; 2011, ¹ 2, maddə 71, ¹ 4, maddə 255, ¹ 6, maddə 469, ¹ 12, maddə 1097; 2012, ¹ 5, maddə 402, ¹ 7, maddə 671; 2013, ¹ 4, maddələr 362, 363, ¹ 7, maddə 795, ¹ 11, maddələr 1295, 1298; 2014, ¹ 4, maddələr 343, 346, ¹ 5, maddə 467, ¹ 11, maddə 1352; 2015, ¹ 1, maddə 2, ¹ 2, maddələr 76, 79, 105; ¹ 5, maddə 502, ¹ 6, maddə 686) aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci fəslin adına “təmin edilməsi” sözlərindən sonra “və avtomobil yollarından istifadə edilməsi” sözləri əlavə edilsin.

2. 11-ci maddə üzrə:

2.1. IV hissədə:

2.1.1.  1-ci bəndə “örtüyü təkmilləşdirilmiş yollarda” sözlərindən sonraavtomobil yollarını korlayan konstruksiya elementləri olan,” sözləri və mötərizədən sonra “, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkəti” sözləri əlavə edilsin;

2.1.2.   3-cü, 4-cü, 6-cı, 8-ci və 10-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

“3) yolların hərəkət hissəsinə yanacaq-sürtgü materialları, kimyəvi maddələr, bitumbeton axıdılması, habelə daş, çınqıl, qumot tökülməsi, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması;

4) avtomobil yollarının körpü keçidlərində çayın məcrasıboyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi;

6) avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundanya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi;

8) avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olmaqla, torpağın şumlanması, çimin çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi, ağacların və digər yaşıllığın qırılması;

10) suvarma, sənaye, çirkabkanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğularayolboyu torpaq sahəsinə axıdılması, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsi;”;

2.1.3. 11-ci bənd ləğv edilsin;

2.2. V hissədə:

2.2.1. 1-ci bəndə mötərizədən sonra “, yol hərəkətinin təhlükəsizliyinə mane olan şəraitin yaradılması yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi təmiri ilə əlaqədar olmayan yüklərin yüklənilməsi ya boşaldılmasısözləri əlavə edilsin;

2.2.2. 2-ci bəndədigər kommunikasiyaların çəkilməsisözlərindən sonra “, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsisözləri əlavə edilsin;

2.2.3.  4-cü bəndəbaşqa üsullarla kəsilməsisözlərindən sonra “, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin piyadaların hərəkətinə maneələr yaradılmasısözləri əlavə edilsin;

2.2.4. 5-ci bənddətəhkim zolağındasözləriavtomobil yollarındasözləri ilə əvəz edilsin həmin bəndəqurulmasısözündən sonrabu qanunun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçininAvtomobil yolları haqqındaAzərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam digər məlumat qurğularının yerləşdirilməsisözləri əlavə edilsin;

2.2.5.8-ci bəndəticarət aparılmasısözlərindən sonra “, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi, müvafiq icra hakimiyyəti orqanının xidməti tikililəri qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan bina qurğuların yerləşdirilməsisözləri əlavə edilsin;

2.3. VI hissənin üçüncü cümləsinəzərər dəydikdə,” sözlərindən sonrayol örtüyü yolun mühəndisi konstruksiyası zədələndikdə, avtomobil yoluna ya yolda yerləşdirən qurğulara müdaxilə edildikdə,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 22 noyabr.- S. 2.