“Beynəlxalq Əmək Təşkilatının
“Ödənişli məzuniyyətlər haqqında” (1970-ci
ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan
Respublikasının qoşulması barədə” Azərbaycan
Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856
nömrəli qərarında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
22-ci bəndini rəhbər tutaraq Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
“Beynəlxalq
Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər
haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına
Azərbaycan Respublikasının qoşulması barədə”
Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul
tarixli 856 nömrəli qərarında aşağıdakı
dəyişikliklər edilsin:
1.
Adında və 3-cü hissədə “(1970-ci ildə yenidən
işlənmiş)” sözləri “(1970-ci ildə yenidən
baxılmış) 132 nömrəli” sözləri ilə əvəz
edilsin.
2.
1-ci hissədə “(1970-ci ildə yenidən işlənmiş)
Konvensiyasına” sözləri “(1970-ci ildə yenidən
baxılmış) 132 nömrəli Konvensiyasına müvafiq
bəyanatla (bəyanatın mətni əlavə olunur)”
sözləri ilə əvəz edilsin.
3.
2-ci hissəyə “Konvensiyasına” sözündən əvvəl
“(1970-ci ildə yenidən baxılmış) 132 nömrəli”
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2015-ci il
Azərbaycan.- 2015.- 22 noyabr.- S. 3.