“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1, maddə 8, ¹ 8, maddə 686; 2006, ¹ 1, maddə 4; 2007, ¹ 4, maddə 321; 2010, ¹ 7, maddə 596; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 484; 2012, ¹ 12, maddə 1228; 2013, ¹ 12, maddə 1467; 2014, ¹ 7, maddə 783; 2015, ¹ 2, maddə 99, ¹ 4, maddə 347) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.5-ci maddənin ikinci cümləsində “təyin edən” sözləri “seçən” sözü ilə, üçüncü cümləsində “təyin edilməlidir” sözləri “seçilməlidir” sözü ilə əvəz edilsin.

2. 10-cu maddə üzrə:

2.1. 10.1-ci maddəyə “təyin etmiş” sözlərindən sonra “(seçmiş)” sözü əlavə edilsin;

2.2. 10.3-cü maddəyə “təyin edilir” sözlərindən sonra “(seçilir)” sözü əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 22 noyabr.- S. 4.