“Polis haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu
bəndini rəhbər tutaraq, “Polis haqqında” Azərbaycan
Respublikasının Qanununu “Bədən tərbiyəsi və
idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2015-ci il 28 aprel tarixli 1271-IVQD nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Polis
haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 11, maddə 611;
2001, ¹ 11, maddə 699, ¹ 12, maddə 731; 2002, ¹ 3, maddə 118, ¹
6, maddə 328; 2003, ¹ 1, maddə 22, ¹ 8, maddə 424; 2004, ¹ 2,
maddə 57, ¹ 3, maddə 133; 2006, ¹ 2, maddələr 74, 75, ¹ 11,
maddə 927; 2007, ¹ 8, maddə 756; 2008, ¹ 4, maddə 251, ¹ 7, maddə
602, ¹ 8, maddə 696, ¹ 10, maddə 883; 2009, ¹ 6, maddələr
399, 401; 2010, ¹ 2, maddə 74, ¹ 3, maddə 171; 2014, ¹ 2, maddə
87, ¹ 11, maddə 1360; 2015, ¹ 5, maddə 486) 14-cü maddəsinə
aşağıdakı məzmunda 7-1-ci bənd əlavə
edilsin:
“7-1)
kütləvi idman tədbirlərinin və idman
yarışlarının keçirilməsi zamanı idman
obyektlərində, tamaşaçılar üçün nəzərdə
tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə
bitişik ərazilərdə və təxliyyə
yollarında zorakılığın qarşısını
almaq, yarış iştirakçılarının və
tamaşaçıların təhlükəsizliyini və
ictimai asayişi təmin etmək;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 oktyabr
2015-ci il
Azərbaycan.- 2015.- 22 noyabr.- S. 4.