“Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli
593 nömrəli fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanını “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1302-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 82; 2015, ¹ 2, maddə 138, ¹ 7, maddə 831) 5.2-ci bəndində “16.2-ci” sözlərindən sonra “, 21.1.5-ci” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2015-ci il
Azərbaycan.- 2015.- 22 noyabr.- S. 1.