“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq  qərara alır:

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 10, maddə 607; 2005, ¹ 10, maddə 905; 2008, ¹ 8, maddə 701; 2014, ¹ 6, maddə 620; 2015, ¹ 2, maddə 93) aşağıdakı dəyişikliklər edilsin:

1. 15-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.”.

2. 16-cı maddənin ikinci hissəsi ləğv edilsin.

3. 17-ci maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.”.

4. 18-ci maddənin ikinci hissəsinə “nəzərə alınmaqla” sözlərindən sonra “məhkəmə tərəfindən” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 24 noyabr.- S. 1.