Şüvəlandakı
4 nömrəli xüsusi internat
məktəbi yenidənqurmadan sonra istifadəyə
verilib
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Uşaqlara qayğı Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biridir. Fondun qüvvəsi əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən - valideyn məhəbbətindən və qayğısından məhrum olmuş balalarımıza kömək göstərilməsinə yönəlib.
Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidən qurulması da bu kateqoriyadan olan uşaqlara diqqətin bariz nümunəsidir.
Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Mehriban Əliyeva internat məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycanın birinci
xanımına məlumat verildi ki, müəssisə 1967-ci ildən fəaliyyət
göstərir. 2013-cü ildə məktəb sökülərək
yenidən inşa edilib.
160 uşaq üçün
nəzərdə tutulan məktəbdə
tədris, yataq korpusları, tibb məntəqəsi tikilib.
Musiqi, idman, müalicəvi
bədən tərbiyəsi otaqları və siniflərində
bütün lazımi avadanlıqlar var. Bundan əlavə, məktəbin nəzdində fəaliyyət
göstərən Reabilitasiya Mərkəzinin
kiçik binasının yerində
sağlamlıq imkanları məhdud 100 məktəbəqədər
uşaq üçün
nəzərdə tutulan ikimərtəbəli
Reabilitasiya-İnkişaf Mərkəzi inşa edilib. Mərkəzdə işləyən mütəxəssislərin
gün ərzində uşaqlara
xidmət göstərməsi, onların qidalanması və
istirahəti üçün əlverişli
şərait yaradılıb. İnternat məktəbdə,
həmçinin dulusçuluq,
xalçaçılıq, dülgərlik, çilingərlik,
tikiş, toxuculuq, rəssamlıq
kimi yeni peşə
kabinetləri var. Ən müasir
avadanlıqlarla təchiz olunan məktəbdə
uşaqların asudə vaxtının səmərəli təşkili
və istirahəti üçün
qapalı üzgüçülük hovuzu və idman zalı fəaliyyət
göstərir. Müəssisənin həyətində
kölgəliklər, açıq futbol
meydançası da yaradılıb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 24 noyabr.- S. 3.