Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib

 

Noyabrın 17-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi düzüblər.

Sonra sessiya öz işinə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 noyabr 2015-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair çıxış edərək deyib ki, seçici siyahılarına daxil edilmiş 268 min 463 nəfərdən 205 min 166 nəfəri, yəni, 76,4 faizi seçkidə iştirak edib. Seçki qutularında aşkar edilən bülletenlərdən 203 min 991-i - 99,4 faizi etibarlı hesab edilib. Seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qanun pozuntularına yol verilməyib, aşkarlıq təmin edilib, xariciyerli, o cümlədən siyası partiyaların müşahidəçiləri seçkilərin gedişini və səslərin hesablanmasını izləyiblər. Təqdim edilmiş sənədlərin təhlili nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin qanunvericiliyə uyğun olduğu, demokratik, aşkarlıq və hər kəsin öz iradəsini sərbəst ifadə etdiyi şəraitdə keçirildiyi müəyyən edilib. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti konstitusiya icraatı qaydasında işə baxaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci və 93.4-cü maddələrinə uyğun olaraq keçirilən seçkilərin nəticələrini 2015-ci il 10 noyabr tarixli qərarı ilə bütövlükdə təsdiq edib. Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2015-ci il 1 noyabrda keçirilən seçkilərdə 45 seçki dairəsi üzrə seçilmiş 45 deputatın səlahiyyətləri təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş deputatların siyahısını oxuyub.

Sessiyanın ilk iclasına deputat Tariyel Talıbov sədrlik edib.

Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçilməsi məsələsi müzakirə edilib.

14 saylı Danyeri seçki dairəsindən deputat Asim Əliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilmək üçün Vasif Yusif oğlu Talıbovun namizədliyini irəli sürərək deyib: “2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər bir daha göstərdi ki, muxtar respublika əhalisi ümummilli lider Heydər Əliyev yolunun davam etdirilməsinə alternativ görmür. Bu da səbəbsiz deyil. Çünki son illər bu yolun uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada bütün sahələrdə inkişaf tərəqqiyə nail olunub. 1995, 2000, 2005 2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilmiş Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət inkişaf etdirilib, ordu quruculuğu sahələrində tədbirlər görülüb, yeni yerləri açılıb. Ötən dövrdə milli dəyərlərimizin qorunub yaşadılması, tarixi abidələrin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, Naxçıvanın tarixi, ələlxüsus, 5 min illik şəhər mədəniyyəti sistemli şəkildə öyrənilib.

Muxtar respublikada iqtisadi inkişafın vacib göstəricisi hesab olunan ərzaq enerji təhlükəsizliyi tam təmin edilib. Hazırda Naxçıvanda 336 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublika enerji idxalçısından onu ixrac edən regiona çevrilib. Naxçıvan sabitlik inkişaf diyarıdır. Hansı sahəyə diqqət yetirsək, böyük dəyişikliklərin, inkişafın şahidi olarıq. Dövlət proqramları uğurla icra olunur, əhalinin rahat firavan yaşayışı təmin edilir. Quruculuq işləri Naxçıvan şəhərində , ən ucqar dağ kəndində eyni səviyyədə aparılır.

Qazanılan nailiyyətlər Vasif Talıbovun muxtar respublikaya uğurlu rəhbərliyi sayəsində mümkün olub. Muxtar respublikanın keçdiyi inkişaf yolu: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” - deyən ulu öndər Heydər Əliyevin ideyalarına dərin sədaqətin təcəssümüdür. Seçicilərimin mənə verdiyi vəkaləti nəzərə alıb, 7 saylı Aralıq seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmiş Vasif Yusif oğlu Talıbovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə namizədliyini irəli sürürəm!”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarından Sevda Quluyeva, Namiq Məmmədov Saleh Məhərrəmov çıxış edərək deputat Vasif Talıbovun yenidən Ali Məclisin Sədri seçilməsi təklifini dəstəkləyiblər.

Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə irəli sürülmüş namizədin açıq səsvermə yolu ilə seçilməsini təklif ediblər. Səsvermənin nəticələrini hesablamaq üçün 3 nəfərdən ibarət hesablayıcı komissiya seçilib.

Sonra səsvermə keçirilib.

Hesablayıcı komissiyanın yekun protokoluna əsasən səsvermədə iştirak edən 45 deputatın hamısı 7 saylı Aralıq seçki dairəsindən seçilmiş deputat Vasif Yusif oğlu Talıbovun lehinə səs verib. Beləliklə, Vasif Yusif oğlu Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış edib. O deyib:

- Bu gün biz beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasına toplaşmışıq.

Ali Məclisin ötən çağırışdakı fəaliyyət dövründə muxtar respublikada inkişaf təmin edilmiş, yeniləşməyə nail olunmuşdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən quruculuq xətti davam etdirilmiş, idarəetmə orqanlarının məsuliyyəti artırılmışdır.

Bu gün əminliklə demək olar ki, ötən beş ildə nəzərdə tutulan proqramlar icra olunmuş, yeni infrastruktur, istehsal emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün tədbirlər görülmüşdür.

Azərbaycanda onun Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin inkişaf konsepsiyası dayanır. Müstəqil ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu konsepsiyanın bəhrələri göz qabağındadır. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, heç bir qüvvə, kənar təsir Azərbaycanı Heydər Əliyev yolundan döndərə bilməz. Ümummilli liderin adı əməlləri müstəqil Azərbaycanda bu gün olduğu kimi, gələcəkdə yaşayacaqdır.

Noyabr ayının 1-də Azərbaycan Respublikasının Milli Məclisinə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər xalqımızın Heydər Əliyev yoluna sədaqətinin daha bir ifadəsi oldu. Bu gün seçkilərdə fəallıq göstərən, ulu öndərin siyasi kursunu dəstəkləyən bütün seçicilərə minnətdarlığımı bildirirəm!

Muxtar respublika Mərkəzi Seçki Komissiyasına, dairə məntəqə seçki komissiyalarına, seçkilərin qanunvericiliyin tələbləri səviyyəsində keçirilməsini təmin edən bütün aidiyyəti orqanlara təşəkkür edirəm!

Eyni zamanda, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarını da muxtar respublika seçicilərinin yüksək etimadına layiq görüldüklərinə görə təbrik edirəm!

Qarşıdakı dövrdə biz fəaliyyətimizi gücləndirməli, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmalı, yeni istehsal sahələrinin bununla bərabər yeni yerlərinin yaradılmasını təmin etməli, sosial sahələrin inkişafına diqqəti artırmalıyıq.

Qarşıda dayanan vəzifələrin icrasında hamınıza uğurlar arzulayır, çıxışımı ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Biz irəliyə baxmalı, ölkəmizin uzunmüddətli, dayanıqlı səmərəli inkişafını təmin etmək üçün çalışmalıyıq”.

Sonra sessiya öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sədrliyi ilə davam etdirib.

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinləri, komitə sədrləri, sədr müavinləri üzvləri seçilib.

10 saylı Şərur şəhər seçki dairəsindən deputat Azər Yadulla oğlu Zeynalov Ali Məclis Sədrinin birinci müavini, 21 saylı Məzrə seçki dairəsindən deputat Mirhəşim Əhməd oğlu Seyidov isə Ali Məclis Sədrinin müavini seçiliblər.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası öz işini başa çatdırıb.

 

Elxan MƏMMƏDOV,

 

Azərbaycan.- 2015.- 18 noyabr.- S. 4.