BMT-nin İqlim Dəyişikliyi
üzrə Paris Konfransından gözləntilərim
BMT-nin Baş katibi Pan Gi-Munun BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən redaksiyamıza ünvanlanmış müraciətində dünyadakı iqlim dəyişilikləri problemindən söhbət açılır və bu problemlərin aradan qaldırılması istiqamətində BMT-nin Parisdə keçiriləcək konfransından nələr gözlənildiyi açıqlanır.
BMT-nin Baş katibi bu məsələni prioritet kimi qarşıya qoyduğunu, gələcək nəsillərə xoşbəxt yaşamaq arzusunu bildirib. O, eləcə də daşqınların, quraqlığın, yanğınların gətirə biləcəyi fəlakətlərdən, ada dövlətlərinin, bir çox bitki və heyvan növlərinin yox olacağı ehtimalından rahatsızlığını yazıb.
Əlbəttə, dünyada bütün bunlara qarşı mübarizə gedir. Lakin bu mübarizə daha ardıcıl aparılmalıdır ki, qarşıya qoyulan hədəfə çatmaq mümkün olsun. Artıq onlarca ölkə öz planlarını tərtib edərək bu istiqamətdə iş aparır. Bununla yanaşı, mübarizənin birlikdə aparılması, hamının bir hədəfə vurması da zəruridir.
Cənab Pan Gi-Munun məktubu ölkəmizdə təbiəti sevən hər kəsin ürəyincə olacaq. Çünki ekoloji vəziyyətin yaxşılaşdırılması, təbii fəlakətlərlə mübarizə, ətraf mühitə tullantıların atılmasının qarşısının alınması Azərbaycan dövlətinin də daim önəm verdiyi məsələlərdir. Prezident İlham Əliyev sözügedən sahədə bir sıra sərəncam və fərmanlar imzalayıb, dövlət proqramlarını təsdiqləyib.
Cənab Pan Gi-Munun müraciətini oxuculara təqdim edirik.
Baş katib olduğum 9 ilə yaxın müddətdə iqlim dəyişikliyinin fəsadlarının
büruzə verdiyi yerlərə baş çəkmişəm və
dəfələrlə təcili
qlobal cavabın zəruriliyi haqqında dünya liderləri, iş adamları
və vətəndaşlarla
müzakirələr etmişəm.
Mən niyə
bu problem haqqında bu qədər narahatam?
Əvvəla, hər bir baba
kimi, mən də nəvələrimin
sağlam dünyanın
gözəllik və lütfkarlığından həzz
almasını istəyirəm. Hər bir
insan kimi, daşqın, quraqlıq və yanğınların
daha da pisləşməsi,
ada dövlətlərinin
yoxa çıxması
və saysız-hesabsız
heyvan və bitki növlərinin nəslinin kəsilməsini
müşahidə etmək
məni kədərləndirir.
Müqəddəs Papa Françis və
digər din xadimlərinin
bizə xatırlatdığı
kimi, iqlim dəyişikliyinin nəticələrinə
ən az
məsuliyyət daşıyan,
lakin onun təsirlərindən ilk, həmçinin
daha çox ziyan görəcək aztəminatlı və ən həssas insanlarla həmrəy şəkildə hərəkət
etmək bizim mənəvi öhdəliyimizdir.
Bundan əlavə,
Birləşmiş Millətlər
Təşkilatının rəhbəri
kimi, mən iqlim dəyişikliyini prioritet qoymuşam, çünki heç bir ölkə bu problemlə tək bacara bilməz. İqlim dəyişikliyi pasport daşımır; bir yerə atılan
tullantı hər yerdə problemi ağırlaşdırır. Bu, hər yerdə
həyat və yaşam üçün təhlükədir. İqtisadi sabitlik
və millətlərin
təhlükəsizliyi təhlükə
altındadır. Yalnız Birləşmiş
Millətlər Təşkilatı
vasitəsilə biz bu
qlobal məsələni
kollektiv şəkildə
həll edə bilərik.
Danışıqlar prosesi yavaş və mürəkkəb olmuşdur. Lakin biz nəticələri görürük. BMT-nin çağırışlarına
cavab olaraq, kollektiv şəkildə tullantıların 90%-dən
çoxunu təşkil
edən 166 ölkə
indi hədəfləri
olan milli iqlim planları təqdim ediblər. Bu milli planlar
uğurla həyata keçirilsə, əsrin
sonuna kimi tullantıların dünya
üzrə göstəricilərini
nəzərdə tutulan
3 selsi dərəcə
qlobal istilik səviyyəsinə endirə
bilmək iqtidarındadır.
Bu, əhəmiyyətli tərəqqidir. Amma hələ də
yetərli deyil. Cari məqsəd qlobal temperaturun 2 selsi dərəcə artımını
saxlamaq naminə qlobal tullantıları azaltmaq üçün daha da irəli
və cəld hərəkət etməkdir.
Eyni zamanda, ölkələri gələcək qaçılmaz
fəsadlara uyğunlaşmaqlarını
dəstəkləməliyik.
Nə qədər tez hərəkət etsək,
hamı üçün
faydası daha böyük olar: artan stabillik və təhlükəsizlik;
daha güclü, daha dayanıqlı iqtisadi artım; fəlakətlərə qarşı
güclənən dayanıqlılıq;
daha təmiz hava və su;
təkmilləşdirilmiş səhiyyə.
Biz bu məqsədlərə
bir gecəyə nail ola bilməyəcəyik.
İqlim
Dəyişikliyi üzrə
Paris Konfransı bu yolda son addım deyil. O, bizim arzularımızın zirvəsi
yox, təməli olmalıdır. O, az karbon tullantılarının və
iqlim dəyişikliyinə
dayanıqlı gələcək
üçün dönüş
nöqtəsi olmalıdır.
Bütün dünyada bu hərəkat üçün
güc yığılır. Şəhər, iş adamları və sərmayəçilər,
din xadimləri və vətəndaşlar tullantıların
azaldılması və
dayanıqlılığın qurulması üçün
çalışır. İndi qlobal
arzuların gücləndirilməsi
yolunda aşkar qaydaları təmin edəcək önəmli,
öhdəlikli Paris müqaviləsini
bağlamaq üçün
qalan məsuliyyət hökumətlərin üzərinə
düşür. Bunun üçün
danışıqları aparanların
yuxarıdan aydın təlimatlara ehtiyacı
var.
Mən inanıram
ki, bu alınacaq. Bu ayın əvvəli Türkiyənin Antalya şəhərində
görüşən “Boyük
20-lik”in liderləri iqlim
dəyişikliyi ilə
mübarizəyə möhkəm
öhdəliklərini göstərdilər.
120-dən çox dövlət və hökumət başçıları
terror hücumları nəticəsində
artmış təhlükəsizlik
problemlərinə baxmayaraq,
Parisdəki iştiraklarını
təsdiqləyiblər.
Paris konfransının uğurlu
olması üçün
dörd əsas element
görürəm: möhkəmlik,
çeviklik, həmrəylik
və etimad.
Birincisi, möhkəmlilik. Paris Konfransı
göstərilən temperaturun
2 dərəcə aşağıda
saxlanılması yolunda
uzun müddətli strategiyanı təmin etməli və azkarbonlu qlobal iqtisadiyyata keçidin qaçılmaz, sərfəli
və cari tətbiqi üçün
birgə addım atmalıdır.
İkincisi, müqavilənin yenidən
nəzərdən keçirilməməsi
üçün çevikliyi
təmin etməlidir. O, dünya
iqtisadiyyatında baş
verən dəyişiklikləri
özünə uyğunlaşdıra
bilməli və inkişaf etmiş ölkələrin liderlik
rolu ilə inkişaf etməkdə olan ölkələrin artan öhdəlikləri arasında balans yaratmaq bacarığına
malik olmalıdır.
Üçüncüsü, müqavilə, həmçinin
inkişaf etməkdə
olan dövlətlər
üçün maliyyələşdirmə
və texnologiyaların
mübadiləsi istiqamətində
həmrəylik nümayiş
etdirməlidir. İnkişaf etmiş ölkələr
də 2020-ci ilə kimi adaptasiya və təsirlərin azaldılması üçün
hər il
100 milyard ABŞ dolları
ilə təmin etmək haqqında verdikləri sözü tutmalıdır.
Dördüncüsü, müqavilə sürətlə
artan iqlim təsirlərinə cavab olaraq etimadlıq nümayiş etdirməlidir. O hökumətlərin
öz milli iqlim planlarını elmi yolla qiymətləndirmək
və gücləndirmələri
üçün mütəmadi
beş illik
dövri icmallarını
özündə ehtiva
etməlidir. Paris Konfransı həm də ölçmə, monitorinq və hesabat təşviqatı üçün özünə
şəffaf və səmərəli mexanizmlər
daxil etməlidir.
BMT belə bir sazişin həyata keçirilməsində ölkələri
dəstəkləməyə tam hazırdır.
Əhəmiyyətli Paris sazişi daha yaxşı bu gün və gələcək quracaq. O bizə
yoxsulluğa son qoymağa
kömək edəcək.
Havamızı təmizləyəcək və okeanlarımızı
qoruyacaq. Səhiyyəni təkmilləşdirəcək. Yeni işlər yaradacaq və yaşıl innovasiyaların tətbiqini
sürətləndirəcək. O, Dayanıqlı İnkişaf
Məqsədləri istiqamətində
təşviqatı gücləndirəcək.
Məhz buna görə mən iqlim dəyişikliyinin bu qədər dərin qayğısına qalıram.
Mənim
mesajım dünya liderlərinə aydındır:
Parisdəki müvəffəqiyyət
sizdən asılıdır.
İndi sağlam düşünmək,
güzəşt və
razılığa gəlmək
vaxtıdır. Milli üfüqlərin
hüdudlarından kənara
baxmaq və ümumi maraqları ilk növbədə ortaya qoymaq vaxtıdır.
Dünya
xalqları və qarşıdan gələn
gələcək nəsillər
bu tarixi anı görə və ələ keçirə bilmək üçün sizə arxayındırlar.
Pan Gİ-MUN,
BMT-nin Baş katibi
Azərbaycan.- 2015.- 24 noyabr.- S. 6.