“Azərbaycan
Respublikasının hökuməti ilə San
Marino Respublikasının hökuməti
arasında gəlirlərə və əmlaka görə
vergilərə münasibətdə ikiqat
vergitutmanın aradan qaldırılması
haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının hökuməti ilə San Marino Respublikasının hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” 2015-ci il sentyabrın 8-də Bakı şəhərində imzalanmış Konvensiya və onun Protokolu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 25 noyabr.- S. 2.