S.İ.Seyidovun Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən
azad edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Səməd İsmayıl oğlu Seyidov Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 noyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 25 noyabr.- S. 2.